Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:41

Türkiyə rəsmisi: "insanları dağıtmaq əvəzində onları inandırmaq daha düzgün olardı"


İstanbulda etiraz aksiyası
İstanbulda etiraz aksiyası
Türkiyə baş nazirinin müavini Bülənt Arınç İstanbulda Gəzinti Parkının dağıdılmasına etiraz edən insanlara qarşı polisin müdaxiləsini pisləyib.
APA-nın məlumatına görə, o bildirib ki, insanlara qaz bombaları atmaq əvəzində onlarla söhbət aparmaq və onları inandırmaq daha düzgün olardı.

Dünən polis İstanbulunTaksim meydanında keçirilən etiraz aksiyasını dağıdarkən gözyaşardıcı qazdan istifadə edib.
20-dək adam yaralanıb.
Nümayişçilər 5 gün idi ki, meydandakı parkın yerində ticarət mərkəzi tikilməsini nəzərdə tutan layihəyə etiraz edirdi.
Amma etiraz çox keçmədən baş nazir Erdoganın əleyhinə çevrildi.

Taksim parkında ənənəvi olaraq siyasi tədbirlər və nümayişlər keçirilir.
XS
SM
MD
LG