Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:31

Gülər Əhmədovanın apellyasiya şikayəti təmin olunmadı


Gülər Əhmədova
Gülər Əhmədova
-

Mayın 14-də Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə sabiq deputat Gülər Əhmədovanın şikayətinə baxılıb. Bu barədə AzadlıqRadiosuna G. Əhmədovanın vəkili Raqif Mustafayev məlumat verib.

Məhkəmə sabiq deputatın istinaq müddətində həbs müddətinin uzadılmasından şikayətinə baxıb və şikayət təmin olunmayıb.

Raqif Mustafayev deyir ki, Gülər Əhmədova istədiyini bildirərsə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək.

Gülər Əhmədova bu il fevralın 13-də saxlanıb. Həmin gün Səbail rayon Məhkəməsi keçmiş deputat haqqında 3 aylıq həbs qərarı çıxarıb. O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 307.2 (qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddələri ilə ittiham olunur. G. Əhmədovanın adı 2012-ci il sentyabrın 25-də Beynəlxalq Universitetin sabiq rektoru, Fransada mühacirətdə olan Elşad Abdullayev rüşvətlə deputat mandatının alınmasından bəhs edən video qalmaqalında əsas fiqurlardan biri kimi hallanırdı.

Videoda Gülər Əhmədova olduğu iddia edilən bir qadın deputat mandatı üçün 1 milyon manat tələb edir. Videoda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də adı çəkilir.

Ramiz Mehdiyev videoda onun bərəsində danışılanları inkar edir. Gülər Əhmədova da videonu montaj hesab edir.

Videoçəkilişlərdə əks olunan məlumatlarla əlaqədar Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.
XS
SM
MD
LG