Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:50

Tofiq Yaqublunun Hüquqlarını Müdafiə Komitəsinin iclası keçirilib


Tofig Yagublu
Tofig Yagublu
Mayın 7-də Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun Hüquqlarını Müdafiə Komitəsinin iclası keçirilib.

Komitənin sədri Qubad İbadoğlu onun həbsinin əsassız olduğunu deyib.
O bu həbsi xalqın fəallığının artması fonunda iqtidarın qorxusu kimi qiymətləndirib.

Tofiq Yaqublunun həbsilə bağlı iş mayın 6-da Avropa Məhkəməsinə göndərilib.

Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib ki, müdafiə işinin daha da gücləndirmək lazımdır.
O qeyd edib ki, belə siyasi həbslərə son qoymağın yolu müxalif qüvvələrin geniş formatda birliyinin yaradılması və xalq kütlələrini hərəkətə gətirməsindən keçir.
Əli Kərimli siyasi həbslərin qarşısını almaq üçün AŞPA-nın Azərbaycanda siyasi məhbus məsələsi üzrə məruzəçisi Kristofer Ştrasserin siyasi məhbus siyahısının yenidən AŞPA-nın müzakirəsinə çıxarılmasını təklif edib.

Müsavat Partiyası başqanı İsa Qəmbər də xalqın artan ictimai-siyasi fəallığını iqtidarın həbslər yolu ilə yatırmaq istəməsini səhv addım adlandırılıb.

Tofiq Yaqublu yanvarın 26-da İsmayıllıda baş vermiş hadisələrlə bağlı fevralın 4-də Bakıda həbs edilib.
XS
SM
MD
LG