Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:49

Yepiskopu uşaqbazlıqda ittiham edirlər


Adı seks qalmaqallarına qarışan Yepiskop Kacavenda
Adı seks qalmaqallarına qarışan Yepiskop Kacavenda
Serbiya Pravoslav kilsəsi seks qalmaqallarına adı qarışan 74 yaşlı çox nüfuzlu yepiskopun istefasını rəsmən təsdiqləyib.


YEPİSKOKA SEKS İTTİHAMLARI

Bosniya-Hersogovinanın Tuzla və Zvornik bölgəsinn yepiskopu Vasilije Kacavenda 1 ay əvvəl istefa vermişdi. Media onu uzun illər boyu vəzifə səlahiyyətlərindən sui-istifadə edib toplu eyş-işrət məclisləri təşkil etməkdə, dini məktəblərdə oxuyan azyaşlı oğlan və qız uşaqlarını zorlamaqda və başqa seks qalmaqallarında ittiham edirdi. Hətta bu həftə yepiskopun başqa bir kişiylə oral seks videosu da yayılmışdı.


10 YAŞINADƏK UŞAQLARI NEYLƏYİRDİLƏR?

Yepiskop Kacavendanın yeparxiyasındakı – tabeçiliyindəki Biyelyina məktəbində əvvəllər dini təhsil alan Bojan Jovanovic deyir ki, vaxtilə 74 yaşlı Yepiskopun başqa dindarlar və iş adamlarının qatıldığı çoxlu orgiyalar- eyş-işrət məclisləri təşkil elədiyinin şahidi olub.

Jovanovicin sözlərinə görə, hətta Kacavenda ondan da bu cür məclislər üçün guya ki, dini maariflənmə məqsədiylə gənc uşaqlar gətirməsini xahiş edibmiş:

Onlar dəfələrlə məni də pis vəziyyətdə qoymaq istəyirdilər, ya da özlərinə qatmağa çalışırdılar. Yepiskop hətta təklif eləmişdi ki, mən dərs dediyim məktəbdən ona 10 yaşına qədər olan uşaqları gətirim. Mən təbii ki, rədd cavabı verdim. Mən həm də görürdüm ki, başqa monastırlardan olan rahiblər öz tələbələrini yepiskopla bir gecə keçirmək üçün gətirirdilər. Bir gün səhər tezdən onlardan biri mənə zəng elədi ki, yepiskopun otağını açım və o orada qalan paltarlarını götürsün. Mən soruşanda ki, “Sənin paltarların orada neyləyir?”, cavab verdi ki, “Özünü axmaqlığa qoyma, guya bilmirsən?”

Uzun illər boyu Yepiskopun işlədiyi günahlar, dinə uyğun olmayan həyat tərzi, Serb ordusunun indi cinayətlərdə ittiham olunan generalları Radovan Karadzic və Ratko Mladiclə əlaqələri haqda əhvalatlar yayılırdı.


YEPİSKOPUN STRİPTİZÇİ İLƏ ƏLAQƏLƏRİ

Yepiskop Kacavenda və striptizçi Dejan Nestorovic
Yepiskop Kacavenda və striptizçi Dejan Nestorovic
Hətta ona qarşı bir neçə nəfər hüquq-mühafizə orqanlarına da şikayət eləmişdilər. Onların arasında Bosniyalı müsəlman qız da vardı. Qız Kacevanda tərəfindən 16 yaşında zorla Xristianlığı qəbul etməyə məcbur edilməyindən və sonra zorlanmağından şikayət edirdi. 2010-cu ildə artıq bu cür şayiələr faktlarla əksini tapmağa başladı. Öncə Yepiskopun Belqraddan olan məşhur striptizçi Dejan Nestoroviclə şəkilləri çıxdı və o da, Yepiskopla cinsi münasibətləri olduğunu etiraf elədi.



TƏHQİQAT APARILMIRDI, TA Kİ VİDEO YAYILANA QƏDƏR

Ancaq Kilsənin bu məsələlərlə bağlı susqunluğunu pozmaması, dövlət qurumlarının da Kilsənin işlərinə qarışmaq istəməməyi üzündən kimsə rəsmi təhqiqata başlamırdı.

Serbiyanın “Blic” qəzeti internetdə Yepiskopun videolarını yayana qədər. Videoda Kacavendanın bir gənc oğlanla müxtəlif məkanlarda oral sekslə məşğul olduğu görünür. Bu videolar Serbiyada bir çox saytlarda yayılıb.

İndi Kacevandaya qarşı məhkəmədə bir neçə ittiham irəli sürülür. Biyelyinadan vəkil Dusko Tomic deyir ki, o artıq bir neçə nəfərdən yepiskopa qarşı şikayətləri toplayıb:

2 rahib şəxsən Yepiskop tərəfindən zorlandıqlarını etiraf ediblər. Üstəlik dini məktəbə gələn və Kacevanda əleyhinə şikayət edəndən sonra monastırda müəmmalı şəkildə ölən bir gəncin - Milic Blazanovicin də işiylə bağlı tədqiqat aparılır.

Tomic deyir ki, başlanan təhqiqatlar təkcə Kacevanda üçün yox, bütünlükdə Kilsə və bu işlərə bulaşan hökumət adamları üçün xəbərdarlıq olmalıdır.

“Mən Kacevanda tərəfindən zorakılığa məruz qalanların şikayətlərini və faktları araşdırandan sonra bir pravoslav və insan kimi şok oldum. Belə adam necə hələ də adam arasına çıxa bilir? Kacevanda siyasətçi olub, o Serbiya ordusunun generalı olub, Bosniya serblərinin lideri Dodikin və bir çox nüfuzlu iş adamının dostudur. İndi onların hamısı təhlükə altındadır”.


KACAVENDA İTTİHAMLARI QƏBUL ETMİR

Kacavenda özü isə bütün bu ittihamları qəbul etmir. Yepiskop bu iddiaları yayanları məhkəməyə verməklə də hədələyib. Serbiya Pravoslav kilsəsi isə, daha öncə başqa yepiskoplarla bağlı olduğu kimi, yenə də bilavasitə ittihamlarla bağlı danışmır. 1999-2002-ci illərdə Yepiskop Pahomiye də bu cür ittihamlarla üzləşəndə səssiz qaldıqları kimi, yenə də susurlar.



KİLSƏ NƏ DEYİR....

Pravoslav kiləsinin 5 nəfərlik Ali Şurasına üzv olan Yepiskop Grigorije bəzi tövsiyyələr verir.

“Mənim inanclı adamlarla məsləhətim odur ki, həqiqət ortaya çıxmayana qədər heç kimi mühakimə etməsinlər. Bizim inancımıza görə, bu həqiqət olsa belə, biz günahkara nifrət etməməliyik, əksinə onu sevməli və onun üçün dua etməliyik. Məhkəmə isə öz işini görməlidir.”
XS
SM
MD
LG