Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:49

Gənc fəallar saxlandı


Rəşad Həsənov
Rəşad Həsənov
-
Müstəntiq İbrahim Lənbəranski vəkil Tərlan Xanəliyevə deyib ki, Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Rəşad Həsənov adlı şəxs saxlanmır.

Bu barədə AzadlıqRadiosuna vəkil Əshabəli Mustafayev bildirib.

19:10 -- GƏNCLƏRDƏN BİRİNİ BURAXDILAR

Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilən Milli Demokratiya İnstitutunun əməkdaşı Ruslan Əsəd buraxılıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Əshabəli Mustafayev məlumat verib.

Vəkil NİDA Hərəkatının üzvü Rəşad Həsənovun isə hələ də dindirildiyini bildirib:

«Ruslan Əsədi buraxdılar. Ancaq Rəşaddan hələ xəbər yoxdur. Çünki müstəntiq burda yoxdur. Deyirlər gələcək, ona görə də biz hələ gözləyirik».

Ruslan Əsəd dindirmədən çıxandan sonra jurnalistlərə müsahibə verməyib.

Vəkili Əlibaba Rzayev isə deyib ki, «elə bir ciddi şey yoxdur».

18:24 - RUSLAN ƏSƏD DƏ SAXLANIB

NİDA Hərəkatının media koordinatoru Elmin Bədəlov deyir ki, təxminən yarım saat əvvəl Milli Demokratiya İnstitutunun əməkdaşı Ruslan Əsəd də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə gətirilib:

«Hazırda hərəkat üzvləri idarənin qarşısındadırlar. Bizə onların şahid, yoxsa ittiham olunan şəxs qismində dindirilməsi haqda hər hansı məlumat vermirlər».

Baş Prokurorluğun mətbuat xidmətindən isə saxlanan gənclərlə bağlı onlarda hər hansı məlumat olmadığını bildirdilər.

17:00 - RƏŞAD HƏSƏNOV SAXLANDI

Martın 14-də «N!DA» Vətəndaş Hərəkatının üzvü Rəşad Həsənovu mülkigeyimlilər saxlayıb. O, Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində dindirilir.

Bu haqda AzadlıqRadiosuna vəkil Əshabəli Mustafayev məlumat verib.

Vəkil Rəşad Həsənovun nəyə görə saxlandığını hələ ki bilmir.

Ötən həftə isə «N!DA» Hərəkatının 3 üzvü - Bəxtiyar Quliyev, Şahin Novruzlu və Məmməd Əzizova qarşı cinayət işi açılıb.

Prokurorluq və MTN-nin məlumatına əsasən, «Nida»çıların evlərində axtarış zamanı 22 ədəd «Molotov kokteyli», 507.67 qram həşiş qatranı, 190.02 qram qurudulmuş marixuana və 94 min manat pul aşkarlanıb.

«N!DA» Vətəndaş Hərəkatı isə üzvlərinin həbsini siyasi sifariş hesab edir.
XS
SM
MD
LG