Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:30

«Bu daha Raffi-Serzh davası deyil»


Hovannisian (solda) Azadlıq meydanında aclığa başlayır
Hovannisian (solda) Azadlıq meydanında aclığa başlayır
-
İkinci gündür ki, Ermənistanda aclıq aksiyası keçirən Raffi Hovannisian deyib ki, “bu, daha Raffi ilə Serzh arasında mübarizə deyil. Bu, Ermənistan xalqının haqqı uğrunda davadır. Bu, aclıq aksiyası deyil, bu qorxuya, yalana qarşı aksiyadır”.

Prezident seçkilərində 37 faiz səslə ikinci olan Hovannisian Yerevanın mərkəzində Azadlıq meydanında yüzlərlə tərəfdarı qarşısında deyib ki, "aprelin 9-da Sarkisian Konstitusiyaya və Bibliyaya yalnız onun meyiti üstündən and içə bilər”.

Hovannisian aclıq aksiyası ilə president Serzh Sarkisianın istefasını tələb edir.

İrs partiyasının lideri olan Hovannisian öz tərəfdarlarına deyib ki, Konstitusiya məhkəməsi onun şikayətinə baxıb –qurtarana qədər o, burda, Azadlıq meydanında olacaq.

Konstitusiya mıəhkəməsi seçkidə pozuntular haqda Hovannisianın şikayətinə martın 11-də baxmağa başlayır.
XS
SM
MD
LG