Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:36

Təklənmək (Seçmə şeirlərdən)


-

Bu şeir son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.


Elcan Qarasu


TƏKLƏNMƏK

İctimai TV-də Əkrəm Əylislinin
“Daş yuxular” romanının
müzakirəsinə baxarkən.


Adam təklənməsin gərək –
gözlər hədəqədən çıxar!
Silinər yaddaş,
ortaya
cansız, quru bədən çıxar...

Çıxar özündən təklənən –
damarda qanı təntiyər.
Lafını edər baş-ayaq,
təşvişdən canı təntiyər.

Karıxar kəlmə kəsməyə,
nə deməyə sözü olar.
Dünya böyüyər gözündə,
gözləri ov gözü olar!

Macal tapmaz bu Dünyanın
qaçıb küncünə sığına.
Üzüb əlini hər yerdən
Sözün içinə sığınar...

Təklənmək Tənhalıq deyil –
at oynada Sözadamı...
Yüz təkləyən olsun, təki
təkləməsin Söz adamı!

08.02.2013
XS
SM
MD
LG