Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:46

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda təqiblərin davam etdiyini bildirir


Committee to Protect Journalists - CPJ Official Logo
Committee to Protect Journalists - CPJ Official Logo
Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi 2012-ci ildə mətbuata hücumlarla bağlı illik hesabatını yayıb.

Hesabatın Azərbaycana aid hissəsində ölkədə jurnalist və yerli fəallara qarşı hücum və təqiblərin davam etdiyi bildirilir.

Xüsusilə də Bakıda keçirilən “Avrovision 2012” mahnı müsabiqəsi və İnternet İdarəçilik Formu zamanı etirazların zorakılıqla boğulduğu qeyd edilir.

Hesabatda daha sonra hakimiyyəti tənqid edən azı 9 jurnalistə xuliqanlıq, dələduzluq və narkotik maaddələr saxlamaq da daxil olmaqla müxtəlif ittihamlar irəli sürüldüyü bildirilir.

Jurnalistləri Müdafi Komitəsi bu ittihamların hamısını qondarma və əsassız sayır.

Bundan başqa, hesabatda İdrak Abbasov da daxil olmaqla bir sıra müstəqil jurnalistin döyüldüyü, bu hücumların arxasında duran polis və təhlükəsizlik qüvvələrinin isə cəzasız qaldıqları qeyd edilir.

Həmçinin hakim ailənin böyük biznes maraqlarından yazan araşdırıcı jurnalist Xədicə İsmaylovaya qarşı mənfur kampaniya aparıldığı, Dövlət Kütləvi İnformasiya vasitələrində onun şərəf və ləyaqətinə qara yaxıldığı bildirilir.
XS
SM
MD
LG