Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:43

Divar kağızlarındakı alın yazıları (Seçmə şeirlərdən)


-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb. Münsiflər hər dəfə tanınan yazıçılar və tənqidçilər arasından seçiləcək və ilin sonunda adları açıqlanacaq.


Xuraman Hüseynzadə


Təzad

bəzən başqa cür olar
bu oyunun qaydası
üzündə gülüş doğar
qəlbinə dərd əkilər...
həyatın kiri-pası
al-əlvan boyalarla
təlxəklərin üzünə
sillə kimi çəkilər

***

otaq yoldaşınıza
yataq yoldaşınıza
çevriləndə tənhalıq
darıxmamaq üçün
divar kağızlarındakı
alın yazınızı
oxuyun…

***

dəniz kimiyəm bu sabah
barmağını toxundur
ürəyini üşüdüm
sevdiyini pıçılda
eşidim...

***

Mən onu tanıdım
və ayrıldım
alın, qızlar
sizin olsun
nə qədər ki tanımırsınız
özünüzü dünyanın
xoşbəxti sanın
bir az da siz gəzin buludlarda
buludlar sizin olsun
göy üzü boyda kədər
hədiyyə edirəm sizə
qəbul edin hədiyyəmi

gəlin
dost olaq…
XS
SM
MD
LG