Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:33

Ramiz Mehdiyev: «Bunu Rusiyada formalaşmış Azərbaycan diasporunun parçalanması kimi qiymətləndirirəm»


«Milyarderlər İttifaqı» adlı qurumun Rusiyadakı Azərbaycan diasporu ilə heç bir əlaqəsi yoxdur».

APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev jurnalistlərə açıqlamasında deyib.


R. Mehdiyev bildirib ki, təşkilatla bağlı ümumi maraqlardan kənar məsələlər müzakirə olunur:

«Həmin insanlar şəxsi maraq və məqsədlərini güdmək məqsədilə belə bir təşkilat yaradıblar. Onlarla bağlı fikrim çox mənfidir. Təşkilatçıların biri ilə bu qurum yaranmazdan əvvəl söhbətim olub. Mən onlara fikrimin mənfi olduğunu çatdırmışam. Bunu Rusiyada formalaşmış Azərbaycan diasporunun parçalanması kimi qiymətləndirirəm. Ona görə də bu təşkilatın heç bir əhəmiyyət yoxdur. Sadəcə, onlar öz məqsədlərini güdürlər».
XS
SM
MD
LG