Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:37

Obama seçkiləri udur

Prezident Barack Obama daha dörd il ABŞ-ın presidenti olacaq. Obama tərəfdarları Çikaqoda şənlik edir

15:56 6.11.2012
Həm də konqresmenləri seçirlər

Noyabrın 6-da ABŞ seçiciləri prezidentdən başqa, həm də parlamentin iki palatası – Nümayəndələr Palatası və Senatın də üzvlərini seçirlər.
Nümayəndələr Palatasının 435 yerin hamısı, 100 yerlik Senatın da 1/3-i – 33 senatorun taleyi həll olunur.
Nümayəndələr Palatasına seçkilər 2 ildən bir seçilir. Senatorlar isə 6 illik müddətə vəzifədə qalır. Amma hər iki ildən bir Senatın 1/3-i yenilənir.
Sorğulara görə, Nümayəndələr Palatasında bu seçkidən sonra respublikaçılar yenə nəzarəti əldə saxlaya biləcəklər.
Senatda isə demokratların kiçik üstünlük əldə etməsi gözlənilir.
Bu da o anlama gəlir ki, prezident kim olursa olsun, mühüm qanunları parlamentin hər iki palatasından keçirmək çox çətin olacaq.
16:08 6.11.2012
16:25 6.11.2012
ABŞ-da prezident seçkisinin qaydaları

ABŞ-da ümummilli seçkinin nəticələri, yəni sadəcə seçici səslərinin çoxluğu prezident seçkisində əsas rol oynamır.
Seçki günü ABŞ-da 51 ayrı-ayrı səsvermə keçirilir-50 ştatda və paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsində.
Əhalisinin sayına uyğun olaraq hər ştata seçici kollegiyasında seçici səsi ayrılır.
Məsələn, ən çox əhalisi olan Kaliforniyaya 55 səs verilib.
Əhalisi az olan ştatlara isə 3 səs ayrılır.
Ştatların çoxunda bütün seçici səslərini sadəcə çox səs toplayan namizəd alır. Ümumilikdə, 538 seçici səsi var.
Qələbə üçün isə 270 səs toplamaq lazımdır.
Əksər hallarda seçici səslərini udan namizəd ümumi seçici səslərində də liderlik edir.
Təkcə 4 dəfə ABŞ tarixində ümumi seçkilərdə rəqibindən az səs toplayan namizəd prezident seçilib.
Məsələn, 2000-ci ildə oğul Ceorge Bush ümumi seçkilərdə rəqibi Al Gor-a uduzsa da, seçici səslərinə görə qalib oldu.
18:22 6.11.2012
Amerikanın ən məşhur seçki məntəqəsi
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00
Direct-ə keçid

Davamı

XS
SM
MD
LG