Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:44

Clinton Suriya müxalifətini radikallara qarşı mübarizəyə çağırıb


ABŞ dövlət katibi Hillary Clinton Suriya müxalifətini “inqilabı ələ keçirməyə çalışan” radikal qruplara qarşı mübarizəyə çağırıb.

Xorvatiyaya səfəri vaxtı Clinton deyib ki, Bashar Assadə qarşı aparılan mübarizədən istifadə etmək istəyən radikal islamçı qruplarla bağlı “narahat edən xəbərlər” alırlar. Clinton üsyançıların onlara qarşı çıxmalarının vacib olduğunu deyib.

Clinton deyib ki, Vaşinqton Suriyada siyasi keçidin olması üçün müxalifətin təsirli strategiya ətrafında birləşməsinə kömək edəcək.

Xarici ölkələrdən radikal islamçı qrupların vuruşmaq üçün Suriyaya getdikləri, və bəzi partlayışlarda al Nusra kimi qrupların cavabdehlik daşıdığı xəbərləri var.

Suriyadakı müxtəlif müxalif qruplar gələn həftə Qətərin paytaxtı Dohada toplaşacaq.
XS
SM
MD
LG