Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:36

Natiq Əliyev BP-nin neft hasilatına nəzarəti gücləndirəcəklərini deyir


Arxiv foto: Sənaye və Energetika naziri Natiq Əliyev
Arxiv foto: Sənaye və Energetika naziri Natiq Əliyev
-
Bakı BP-nin Azərbaycandakı neft layihələrinə nəzarəti artırmaq niyyətindədir
Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyev bazar ertəsi bildirib ki, BP şirkətinin rəhbərlik etdiyi beynəlxalq konsorsiumun neft layihələrinə nəzarəti gücləndirəcəklər. Nazir hesab edir ki, hazırda konsorsiumun Azəri-Çırqa-Günəşli yatağından neft hasilatı anormal səviyyədə enib.

Prezident İlham Əliyev də ötən həftə bildirib ki, BP şirkətinin rəhbərlik etdiyi konsorsiumun səhvlərinə görə neft hasilatının enməsindən Azərbaycan 8 milyard dollar gəlir itirib.

BP Azərbaycan isə cavabında bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti ilə birlikdə neft istehsalının artırılması istiqamətində çalışırlar.

Azəri-Çırqa-Günəşli yatağından gündəlik neft hasilatı 2010-cu ildə ən yüksək səviyyəyə qalxaraq gündə 823 000 barrel olub. 2011-ci ildə isə bu rəqəm günə 717 000 barrelə enib.
XS
SM
MD
LG