Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:43

«Əsrin müqaviləsi»nin 18-ci ili tamamlanır


«Çıraq» neft platforması
«Çıraq» neft platforması
-
Sentyabrın 20-də Azərbaycan neftçiləri növbəti dəfə öz peşə bayramlarını - Neftçilər Gününü qeyd edirlər. Bu günün bayram edilməsi «Əsrin müqaviləsi»nin imzalanması vaxtına uyğunlaşdırılıb.

18 il əvvəl, 1994-cü il sentyabrın 20-də «Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» yataqlarının və «Günəşli» yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında» Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə dünyanın tanınmış neft şirkətləri arasında saziş imzalanıb.

Təxminən 400 səhifə həcmində və 4 dildə hazırlanmış müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə «Əsrin müqaviləsi» adını alıb.

«Əsrin müqaviləsi»ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti («Amoco», bp, «McDermott», «Unocal», ARDNŞ, «LUKoil», «Statoil», «Ecson», «Türkiye Petrollari», «Pennzoil», «Itochu», «Remco», «Delta») iştirak edib.

Azərbaycan neftini dünya bazarlarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri isə regionun ən iri layihələrindən hesab olunur.
XS
SM
MD
LG