Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:54

Naxçıvan Dövlət Statistika Komitəsi: «MR-da əhalinin sayı 8550 nəfər artıb»


Arxiv foto
Arxiv foto
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 23 avqust 2012. sayı: 158 (20.563)

NAXÇIVAN «TƏCHİZAT» ASC-DƏ KEYFİYYƏTLİ MƏHSULLAR İSTEHSAL OLUNUR

Özəl bölmənin, sahibkar fəaliyyətinin inkişafı daxili bazarın yüksək keyfiyyətli yerli məhsullarla ödənilməsinə və əhalinin məşğulluğunun təmin olunmasına əlverişli şərait yaratmaqla bərabər, xaricdən idxal olunan, mənşəyi məlum olmayan keyfiyyətsiz məhsulların muxtar respublikamıza gətirilməsinin də qarşısı alınır.

Muxtar respublikamızın ixrac yönlü müəssisələrindən biri də Babək rayonunun Araz kəndi ərazisində fəaliyyət göstərən Naxçıvan «Təchizat» Açıq Səhmdar Сəmiyyətinin dəri emalı və yumurta taraları istehsalı müəssisəsidir. Müəssisəyə Sahibkarlığa Kömək Fondundan 2010-cu ilin iyun ayında 150 min manat dövlət maliyyə dəstəyi göstərilmiş və layihəyə uyğun olaraq, istehsal sexləri, xammal və hazır məhsulların saxlanılması üçün anbar, soyunub – geyinmə otaqları, yeməkxana, inzibati bina və digər yardımçı otaqlar tikilib istifadəyə verilmişdir. Dəri emalı, yumurta taraları, istehsalı sahələrində müasir texnoloji avadanlıqların alınmasına 410 min manat vəsait sərf olunmuşdur.


2012-Cİ İLİN YANVAR – İYUL AYLARI ÜZRƏ NAXÇIVAN MUXTAR RESPUBLİKASININ SOSİAL – İQTİSADİ İNKİŞAFI

...Qeyd olunan dövrdə muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən xarici dövlətlərlə aparılan əməliyyatlar nəticəsində 221 milyon ABŞ dollarından artıq həcmdə xarici ticarət dövriyyəsi yaranmışdır. İxracın həcmi son bir il ərzində 8,7 artaraq 177 milyon ABŞ dollarını ötmüş və xarici ticarət üzrə 134 milyon ABŞ dollarından artıq həcmdə müsbət saldo yaranmışdır.

2012-ci ilin yanvar – iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 36 milyon manatdan çox kreditlər verilmişdir ki, bu da bir il öncəki müvafiq göstəricidən 29,7 faiz çoxdur.

1 avqust 2012-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 8550 nəfər və ya 2,1 faiz artaraq 423 min 545 nəfər təşkil etmişdir. 2012-ci ilin yanvar – iyul aylarında 6090 körpə doğulmuşdur ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 15 nəfər çoxdur.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Ərzaq təhlükəsizliyi mühüm məsələdir
- Vergi dövlətin mövcudluğunun vacib şərtlərindən biridir
- Muzeydə disput keçirilib
XS
SM
MD
LG