Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:46

Bağça müəllimləri etiraz edirlər [Video]


Bağça müəllimələri etiraz edir
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00
-
Sentyabrın 8-də uşaq bağçalarının 25-ə yaxın müəllimi əməkhaqqının azlığına etiraz olaraq piketə cəhd ediblər.

Onlar əvvəlcə əllərində Heydər Əliyevin şəkli ilə Heydər Əliyev Fonduna üz tutublar. Lakin orada onlara deyilib ki, vətəndaşları Heydər Əliyev adına İdman Konsert-Kompleksində qəbul edirlər.

Bundan sonra narazı müəllimlər Prezident Administrasiyasına yollanıblar. Onlardan 4 nəfəri qəbul edilib. Qəbulda iştirak edənlərin bildirməsinə görə, onlara deyilib ki, şikayətlərini Nazirlər Kabineti və digər aidiyyəti qurumlara məktubla göndərsinlər.

Bağça müəllimləri daha sonra Bakı şəhər İcra Hakimiyyətinə yollansalar da, qeyri-iş günü olduğundan onları qəbul edən olmayıb.

Müəllimlərin dediyinə görə, onların işlədiyi və Dövlət Neft Şirkətinin tabeliyində olan bağçalar Bakı şəhər İcra Hakimiyyətinə veriləndən sonra maaşları yarıbayarı azalıb:

«Biz Neft Şirkətinin tərkibində olanda, 200-250 manat maaş alırdıq. İndi maaşlarımızı 90 manata, bəzi müəllimlərin maaşını isə 40-50 manata salıblar. Bununla ailə saxlamaq olarmı? Biz buna etiraz edirik».

Bakıda Neft Şirkətinə məxsus 38 uşaq bağçasının hamısı avqustun 1-dən Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.

Təhsil Nazirliyinin tərkibində olan bağçalara da bu ildən Bakı şəhər İcra Hakimiyyəti nəzarət edir.
XS
SM
MD
LG