Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 01:35

Facebookda Ramil Səfərovun "Like" yağışı (VİDEO)


Facebookda Ramil Səfərov ehtirasları
Gözlə

No media source currently available

0:00 1:00:11 0:00
Direct-ə keçid

Facebookda Ramil Səfərov ehtirasları

Ramil Səfərovun virtual əfv fərmanı İlham Əliyevdən qat-qat əvvəl imzalanmışdı.

Facebook Azərbaycana qədəm qoyandan bəri, hər gün Ramil Səfərov haqda yüzlərlə statuslar və şərhlər yazılırdı. Macarıstanın gözlənilməz addımı isə virtual Azərbaycanda əsl vətənpərvərlik sunamisi yaratdı.

Azərbaycan şəbəkələri indiyəcən belə aktivliklə rastlaşmamışdı. Ümumi şadyanalığı bölüşməyənləri nifrət və ittiham yağışları gözləyirdi. Ehtiraslar o qədər güclü idi ki, ən passiv FB istifadəçiləri belə özlərini şərh axınına atırdılar.

Onlardan biri, jurnalist Alya və «ehtiras bloklarına qoşulmamazlığı» ilə tanınan politoloq Zərdüşt Əlizadə ilə məsələyə müxtəlif rakurslardan yanaşmağa çalışdıq.

Alya:
- Hesab etmirəm ki, Ramil Səfərovu əfv etməklə İlham Əliyev ictimai rəydən divident qazanmaq istəyib. İlham Əliyevin hakimiyyətdən getmək qorxusumu var? Yoxdur. İlham Əliyevin seçkiləri saxtalaşdırmaq imkanı azalıbmı? Azalmayıb. Müşahidələrim deyir ki, İlham Əliyevin Serzh Sargsyan’la (Serj Sarkisyan) öz «davasında»kı jestidi. Prezidentlərin görüşündəki danışıqların tonundan xəbərimiz yoxdur. İlham Əliyev məğlub ölkənin prezidenti kimi özünü o danışıqlarda nə qədər pis hiss edir? Biz bunu bilmirik. Amma hesab edirəm ki, İlham Əliyev bu məsələ ilə Serzh Sargsyan’a bir güc göstərmək istəyib.

Zərdüşt Əlizadə:

- Ramil Səfərovun azad edilməsi ilə bir qarış Qarabağ torpağı qayıtmadı. Onun azad edilməsi ilə xalqın döyüş ruhu əsla yüksəlmədi. Əvəzində İlham Əliyevin ictimai rəydən qazancı oldu. «Ərəb baharı»na qədər İlham Əliyevin ictimai rəyə ehtiyacı yox idi. Amma «Ərəb baharı» avtoritar hakimiyyətlər üçün ciddi mesajdır. Onlar bundan sonrakı seçkilərdə həqiqətən ictimai rəyə möhtacdırlar. Əliyevin də yanında bir qrup adam var ki deyirlər, gəlib bu qaragüruhu ətrafımıza çəkək.

Alya:
- O adamları qaragüruh adlandırmanıza təəssüf edirəm.

Zərdüşt Əlizadə:

- Qaragüruhdu. Hüquqa, Azərbaycan mənafeyinə, şərəf və ləyaqət hissinə hörmət etməyən adamlar qaragüruhdular.

Alya:

- Məsələ burasındadır ki, o adamlar sevinclərində səmimidirlər. Buna görə onları ittiham etmək olmaz.


Ramil Səfərovun macar ədəbiyyatından tərcümə etdiyi kitablardan birinin redaktoru Asif Rüstəmli telefonla söhbətə qoşuldu. O, zabitin Macarıstan həbsxanasında olarkən tərcümə etdiyi kitabların mövzusundan danışdı:

- Vətənpərvərlik mövzularında olan əsərlərdir. Həm də macar həyatını, məişətini, düşüncə tərzini özündə əks etdirən klassik kitablardır.

Müzakirənin səs yazısını dinlə
XS
SM
MD
LG