Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 03:57

İsgəndər Etibar. Şeirlər


-


Şeirlər (kitab)


__________


Azərbaycan

Azərbaycan - dibi təlatümlü,
dalğaları nəğmə oxuyan dəniz!
Azərbaycan - dəniz içində
dəniz vəhşilərinin udmaq istədiyi Balıq!
Azərbaycan - Ay,
bir üzünü yaşamışam,
bir üzünü eşitmişəm.
Azərbaycan - Günəşdən düşən ilk şüa:
yoğrulub Vətən olub.
Yarandığı gündən bəri
Od tutub odlara yanır bu torpaq,
Niyə kül olmur?!
- Od odu yandırmaz,
Oda güc verər!..


XAN ATAM

Özün­dən ağır idi
Xan ata­mın söz yü­kü.
Bir fi­kir an­la­dar­dı
Üzün­də­ki hər tü­kü.

O, da­nı­şa bi­lir­di
Da­hi ilə, lal ilə.
Söz de­yər­di, ye­yil­məz
Ne­çə bat­man bal ilə.

Daş­la de­yib-gü­lür­dü,
Daş­la­rın daş dər­di­ni
Ürək ve­rib bö­lür­dü.
Daş ra­hat ol­sun de­yə,
Ev ti­kən­də hər da­şı
Öz ye­ri­nə hö­rür­dü.

Daş­lar əl-ələ tut­du,
Daş­lı­ğı­nı unut­du.
Ya­rı­mı bü­töv edən
Toy gü­nü, yal­lı get­di.


BU GE­CƏ

Bu ge­cə sə­hə­rə ki­mi
Da­raq çək­dim şe­i­ri­mə,
Şe­i­rim ha­mar­lan­ma­dı,
Fik­rim da­mar­lan­ma­dı.

Ge­cə­nin qara­sın­da
İt­kin düş­dü bir sö­züm.
Sö­zü­mü ax­ta­rır­dım,
Az qal­dı itim özüm.

Ge­cə­nin qara­sı­na,
Fi­kir çək­dim, yan­ma­dı.
Söz üçün yan­dı öm­rüm,
Söz mə­nə inan­ma­dı.

Hə­ya­tı­mın yo­lun­da
Gün­lə­rim şə­hid ol­du.
Düz­lü­yü­mə ge­cə­lər,
Gün­düz­lər şa­hid ol­du.

Otur­mu­şam, dam­la­nıb
Ge­cə ba­şı­mın üs­tə.
Göz­lə­yir­di dan ye­ri,
El­çi da­şı­nın üs­tə.


BU QI­ZIN

Sö­zü ası­lı qa­lıb
Bu qı­zın do­da­ğın­da
Axıb gəl­mir üs­tü­mə
Sə­si­nin bu­la­ğın­da.

Gö­zü elə ya­nır ki,
Bir ki­tab sö­zün bi­ri
Oxun­mur çı­ra­ğın­da.
Bir - se­vi­rəm - sö­zü­nün
Qal­mı­şam so­ra­ğın­da.

Nə da­nış­dım, nə din­dim,
Ar­zu­mu qoy­dum də­mə.
Ölüb-di­ril­dim, bil­dim,
Bu qız lal imiş de­mə.

Söz düş­mə­di di­li­nə,
Açıl­ma­dı sev­gi­si.
Açıl­mış­dı gö­zün­də
Ürə­yi­nin sər­gi­si.


NƏ GÖ­ZƏL­Dİ

Zül­mə­ti zə­hər­lə­mək,
Ge­cə­ni sə­hər­lə­mək,
Göz­lə­ri­mi sə­nin­lə
Kəndlə­mək, şə­hər­lə­mək
Nə gö­zəl­di...

Öm­rü yol­la­ra tök­mək,
Sə­nin önün­də çök­mək;
Dər­di sə­nin­lə çək­mək
Nə gö­zəl­di...

Sə­nin­lə bir ocaq­da, -
Bir ba­la­ca bu­caq­da,
Lap cə­hən­nəm qu­caq­da
Ya­şa­maq nə gö­zəl­di...

Sev­gi çağ­lar ürə­yə
Bir cüt qo­şa bu­la­ğın.
Kaş İla­hi kar et­sin
Əz­ra­i­lin qu­la­ğın,
Ata-ana­sı olaq
Biz də beş-on uşa­ğın.
Be­lə­cə ömür sür­mək,
Qız, ya­nın­da çü­rü­mək
Nə gö­zəl­di...


YA­RIM-QA­RIM

Gəl, sə­ni əziz­lə­yim, -
Ru­hu­nu tə­miz­lə­yim,
Ca­van ol, ya­rım-qa­rım!
Gü­lü­şün cin­gil­də­sin,
Əli­min hə­ra­rə­ti
Sən­də sev­gi oyat­sın -
Na­zın ge­ri qa­yıt­sın,
Mə­ni ye­nə ba­yıltsın,
Qa­rım, qarım, ay qa­rım.

Gəl, bəx­ti­mə sa­rı­lım,
Tə­zə gə­lin­lik alım,
Ney­li­rəm Fər­had­lı­ğı.
So­yu­num Məc­nun­lu­ğu,
Har­da­san, or­da qa­lım,
Qa­rım, qa­rım, - ay ya­rım.

Val­lah, eş­qim oya­nıb,
Ye­nə gə­lib qar­şım­da
Ca­van­lı­ğım da­ya­nıb.
Qa­rım, üzün lalətək
Nə­dən be­lə bo­ya­nıb?
Ağ­la­ma, dər­din alım,
Naz­lı ya­rım - ay qa­rım.

Ürək de­yir doğ­ru­sun;
Sə­nə - Qa­rı! - de­yə­nin
Gö­rüm di­li qu­ru­sun.
Ay kül­li ix­ti­ya­rım, -
Naz­lı ya­rım - ay qa­rım.


ŞÜ­KÜR, İLA­Hİ

Ü­rə­yim var, do­yun­ca,
Pal­ta­rım var, bo­yum­ca.
Əl­lə­rim var, nur sa­çır,
Ağı­lım var, bə­sim­cə,
Dostla­rım var, sə­sim­cə.
Şü­kür, şü­kür, İla­hi.

Qüd­rət­li­dir kim sən­dən?
Min­nə­tim yox kim­sə­dən.
Se­çil­mi­şəm küt­lə­dən -
Ci­bi do­lu küt­lər­dən.
Ma­ya­sız de­yi­ləm ki,
Tən­di­rin­də küt ge­dəm.
Şü­kür, şü­kür, İla­hi.


İT­LƏR

Bir gö­zəl qu­ca­ğın­da
Bəxt üzü­nə gü­lən it
İt­li­yi­ni iti­rib,
Sərtli­yi­ni bi­ti­rib,
Boy­la­nır boy­nu bü­kük.
Di­li çı­xıb ağ­zın­dan, -
Di­li ağ­zı­na bir yük...

Oy­na­yır hə­yət iti
İt ba­la­sı it ilə.
Qu­caq­da­kı it ba­xır
İt­lə­rə həs­rət ilə.
Hə­yət it­lə­ri ona
Ba­xır­lar hə­səd ilə...

Bu it­lər də is­tə­yir
Əziz­lə­nə qu­caq­da.
O it də is­tə­yir ki,
İt ki­mi hü­rə, gü­lə,
İt­li­yin da­dın bi­lə.

Bir gö­zəl qu­ca­ğın­da
Bəxt üzü­nə gü­lən it
Bir büt ol­maq is­tə­mir,
Be­lə qal­maq is­tə­mir.

O, it ol­maq is­tə­yir
İt­lə­rin sı­ra­sın­da.
Dü­şün­mək də is­tə­mir
Əv­və­lin, son­ra­sın da.


BA­LA­CA BÖ­YÜK­LƏR

Bu ti­kan­lı şe­i­ri
Lap tə­zə­cə yaz­mı­şam;
Bu da bir növ qə­bir­di,
Mən özü­mə qaz­mı­şam.

* * *
Sən ne­cə də na­mərdsən, -
Yağ­maq üçün
Bu­lud olan dərdsən.

* * *
Mə­nim əl­lə­rim­də nə ix­ti­yar var,
Sə­nin əl­lə­ri­nə to­xu­na bil­sin.
Ta­le­siz in­sa­nam, mə­nim əli­mə
Ya­zan nə ya­zıb ki, oxu­na bil­sin?

* * *
Söz­lər ax­mır,
Ürə­yim­dən sü­zü­lür.
Hər şe­ir ya­zı­lın­ca
Ürə­yim üzü­lür.
Ye­ri­şim ağır­la­şır,
Sə­sim də fa­ğır­la­şır.

* * *
Sün­bü­lü bi­çil­miş
Zə­mi­yə bən­zə­yi­rəm.
Yü­kü­nü bo­şal­dıb
Də­niz­də lən­gər vu­ran
Gə­mi­yə bən­zə­yi­rəm.



Daşların poeziyası

Çaxmaq daşı


Gözləri göy dilbərin
Gözləritək göydü bu daş.
Hansı gözü göylünün
gözlərinin rəngini
oğurlayıb geydi, bu daş?
Yerdə coşan tufana,
Əsir düşüb yorulan,
Sahilinə çırpınıb
çilik-çilik qırılan
dalğanın qəlpəsimi,
Qəzəblənən dənizin
Daşlaşan ləpəsimi,
çaxmaq daşı?
Sanki bu daş
Oğurlayıb göydən odu,
Gizlədib qoltuğunda.
Eh, sürüşüb,
Bəlkə düşüb
Ay oğlunun əlindən?
Kim bilir, ah, kim bilir?
Bildiyim bir budur ki:
Ömrün çətin günündə
atam qəlyan yandırar,
atam ocaq çatardı
Bu daşla, bax, bu daşla.
Baxa, baxa ...
Misri qılınc, Koroğlu,
Alı oğlu Rövşənin
Buzova atdığı daş,
Bir də dəmirçi qardaş
Yada düşür.


Bu daşın

Bu daşın daş sinəsini oyacam,
Bu daşın daş səbrini soyacam.
Bu daşın
Daş yuxusuna daş atıb
daş canından qovacam
daş yuxunu, qorxunu,

Bu daşın
Çiyninə baş,
Başına göz qoyacam,
Gözünə köz qoyacam,
Məhəbbət hopduracam.

Bu daşın daş ömrünü qurtarıb,
Bu daşı keçmişinə qaytarıb -
Uluma can verəcəm.

Bu daş mənim daş babam,
Bu daş mənim daş nənəm,
Bu daş hələ söz qönçəm,
Bu daş mənəm!
Bu məni
daş edib mənə atdılar;
Sındırdılar qanadımı,
Örtdü-sildi qan, adımı.
Nə yaxşı ki,
ürəyimə dəymədi,
Vüqarımı əymədi..

Bu daş tarix kitabım,
Bu daş əzəl çırağım,
Bu daş - adım, sorağım;
Bu daş - sapand daşıdı, -
Bu daşı
ən uzağa,
bir qaranlıq bucağa
sapand atdı - yad daşıdı...
pozulanı pozdular,
pozulmazın səsini, sözünü
yad dillərə yozdular.
Elə bildim, yad daşıdı.

Bu daşa
çəkic vurdum, çığırdı.
Bu daş kimi çağırdı?
çəkic vurdum, içindən
qıvrılmış ilan kimi
təzə cığır açıldı. -
Cığır tutub əlimdən
Daş əsrimə qaçırdı...

Bu daşın daş sinəsini oyacam,
Bu daşın daş səbrini soyacam.
Bu daş mənəm,
Məni mənə qaytaracam -
Daş olmaqdan qurtaracam!...


Oğlumla söhbət

(İki yaşlı oğlum Etibara)

Bax oğlum, yaxşı-yaxşı,
O yoldu, o cığırdı -
Bir zamanlar atamı,
sonra məni çağırdı,
İndi səni gözləyir.
Bəsdi, daha qucaqda,
evdə qalmağı tərgiz,
Çöldə səni gözləyir
lalə, bənövşə, nərgiz.

Bax, bu daşdı, ay oğlum,
Onu başa salmazlar.
Canlı deyil, söz deyib
onu başa salmazlar;
Ev tikərlər, bir də ki,
Qurub yarada bilsən,
Çiçək açar, gülər daş.
Əgər duya bilməsən,
səndən ötrü bu zərif
Çiçəklər daş, güllər daş.
Tarixi bir yük kimi
daşıyan daşlar da var.
Qobustanda adamlar
necə güldürübdüsə,
Gülür hələ də daşlar.
Daş
Bu gün
Üstündə oturmuşam...
Bu daş,
Sabah baş daşım,
Qəbir daşım ola bilər.
Adımı,
Doğum, ölüm ilimi
Fikirlərdə oyadar,
Ürəklərdə püskürər.
Məni unudanların
yadına sala bilər.
Nə zamansa
Üstündə kimin adı,
Nəyin şəkli olmasına görəsə
Muzeylərdə qala bilər.
Sabah üçün, bu günün
Dili ola bilər, bu daş.


Şamaxının Qalabuğurd kəndində duyğular, düşüncələr

I

Qalabuğurd kəndində
Evlər asılı qalıb
Ulduzlardan uzanan
İşıq-işıq kəndirdə.

Bu kəndin gecələri
Elə qaranlıqdı ki,
Ay nuru yara bilmir,
Küləklər yora bilmir.

Gör neçə gündü, aydı,
Ay azıb buludunda...
Yarpaq-yarpaq əl açan
Palıd Aya həsrətdi.
Boylu-boylu vələslər
Haray salıb; - Ay Allah,
Bu nə ağır qismətdi?
Gecələr Ay içmirik,
Ay nurundan keçmirik,
Ürək açmır sərgimiz,
Tükənmədə səbrimiz.

Titrəyirdi bu kəndin
Əynində qara köynək
Sızladırdı gecəni,
Yarası qara köynək.

II

Daşında, qayasında,
Bir sevgi var bu kəndin.
Hər qayanın qaşında,
Bir evi var bu kəndin.

Ay görünmür, ulduzlar
Gəlinlərə, qızlara
Gizli sevgi paylayır.
Dan yeri sökülməmiş,
Xoruzlar insanları
Yuxusundan haylayır.

Səhər geyir dağ, dərə
Baxın, baxın, arılar
Çiçək-çiçək qızların
Yanağına çökürlər,
Eşq şirəsi çəkirlər.

Bulaqların bal suyu,
Həyətlərdə, bağlarda
Meyvələri ballayır.
Günəş də bir tərəfdən
Almaları xallayır.

Yarpaq-yarpaq qədəhlə
Günəş içir ağaclar.
Ağlayırlar quzeydə,
Bütün Günəşə aclar.

Qəndillənib budaqlar,
Alma-alma işıqla.
İşığa boy atırlar,
İşıq-işıq uşaqlar.

Böyürtikan xallanıb,
Qaralanı ballanıb.
Gələn şəhər qızları
Kalına da aldanıb.

Çətirlənib həyətdə
Meyvə yüklü ağaclar.
Eldən elə pay gedir,
Sevinir ruhu aclar.

III

Bu kəndin sol yanında
Dağlar açıb ağzını,
Çay uzanan dilimi?
Doğranıb dilim-dilim,
Hər sızqov bir dilimmi?

Gecə göydən baxanlar,
Deyər: - karvan yoludur.
Bəlkə Aylı gecənin
Sınıb düşən qoludur?

Dağlardan Ağsuyacan
Göy üzünə nur yayır.
Yayda sızqov-sızqovdu,
Yazda daşır, gurlayır.

Damla-damla ləpələr
Sanki, göyərçindilər,
Quruldaşır, oynaşır,
Çay boyu çin-çindilər.

Hər damla bir qayadan,
Bir dərədən keçmişdi,
Gəlib çayda görüşdü,
Daşdan daşa sürüşdü.
Elə mehribandılar,
Hər damla bir gülüşdü.

Şırıltısı, harayı
Suların su sözümü?
Qırıb daşda, qayada
İradəni, dözümü,
Nə deyir şairinə?
- Hara gedirsən? - dedim,
Sular haray saldılar,
Elə bil əl çaldılar;
- Su! Su! - deyən bostana,
Sızqovlanan dostlara!
Bənövşənin, nərgizin,
Güvəndiyi palıda!
Həyat sevinsin deyə,
Tələsirik çay boyu.
Bizsiz kənddə, şəhərdə
Çalınarmı el toyu?

A şah sular, şah sular,
Yarpaq üstə şeh sular,
Dəysə sənin nəfəsin,
Çəmənləri meh sular.

IV

İyul - isti yay günü
Oturdum çay daşında.
Qaya-qaya sahillər
Qanad açıb qarşımda.
Elə bil uca dağlar
Meşədən qanad geyib
İstəyir uça göyə;
Bu torpağın sirrini,
Dərdini aça göyə.

Dağdan gələn sel-üsyan
Qışqırıqmı, qıyyamı?
Aldı, mənə qaytardı
Harayımı, hayımı.

Daşlar da çay içində
Daşlaşan alovdular.
Kimlər, nədən ötəri,
Hardan bura qovublar?

Daş alovdan tökülən,
Parlayan közmü daşlar?
Hansı səsdən, qıyyadan,
Hansı daşdan, qayadan
Tökülən gözdü daşlar?

Çayda daş var, ürəkdi,
Ürək kimi kövrəkdi?
Sıxdım, daş kimi bərkdi.
Nədən damar-damardı?
Qulaqcıqlı ürəkdi;
Aşağısı sivridi,
Yuxarısı hamardı.

Bu çayın neçə milyon,
Neçə rəngdə daşı var.
Daşa bax, üzükdümü,
Mirvaridən qaşı var?!
O daş hansı əsrdə
Dağda qıyyadan qopub?
Bu daşı coşan sular
Hansı dərədən tapıb?

Daşa bax, elə bil ki,
Yumurtadı - ağappaq
Daşa bax, daşın üstə,
San ki, papaqdı, papaq.

Daşa bax, yuyub sular
Necə maçalanıbdır.
Daşa bax, göz dəyibmi,
Belə parçalanıbdır?

Hardan yağıb bu qədər,
Daş yağışı bu çaya?
Nədən göndərib Allah
Daş alqışı bu çaya?

Dağların qəzəbimi,
Dağların göz yaşımı?
Bu daşlar Yer oğlunun,
O daşlar göy daşımı?

Gör necə qarışdırıb
Çay daşları başımı,
Unutmuşam, oğlumu,
Nəvələrim; - Kamalı,

Hələ zəif kamallı,
Şirin dilli Salehi.
Bu çaya nə deyəcək,
Bu daşlaşan taleyi?

Ey,... daşa bax, daşlara bax,
Yatan qoyun sürüsümü?
Qum kimi daşlar, oğul,
Çayda balıq kürüsümü?

Çayda sehrə, tilsimə bax,
Sular yuyub yerin altın,
Üstü Allah körpüsümü?
Bu daş, daşın körpəsimi?
Bura daşlar körfəzimi?

Bu daş susub. Lalmı, dinmir?
Bu daş pişik balasımı?
Elə tutub o daşdan ki,
Bu daşdan südmü əmir?

Daş ordulu bu çayın
Hücumu başlananda,
Dərələri, düzləri
Daşlarla daşlananda,
Qulaq batır səsindən,
Göy ürkür nərəsindən.

Yolu-izi bağlayır,
Yüz həsrət o üzündə,
Yüz həsrət bu üzündə
Baxış-baxış ağlayır.

Səbirlər aşır-daşır,
Çağlayan selə dönür.
Elə ki sellər susur,
Evsizlər evə dönür.

Nizamsız hörgümüsən
A daşlı çay, daşlı çay?
Açılan sərgimisən,
Meşə-meşə qaşlı çay?

V

Oturmuşam daş üstə,
Nöqtə boyda cücülər -
Çəkisindən güclülər
Nə gəzir çay daşında?
Hücum çəkir üstümə,
Durur mənim qəsdimə.

Toxunuram, qan çıxır,
Nöqtə boyda cücüdən.
Bəs nə boyda can çıxır?
Kədər, həyəcan çıxır?

Daşların arasında
Ota bax, elə qalxıb,
Elə bil pəhləvandı,
Çiynində daş qaldırıb.
Ota bax, ay İlahi,
Elə bil ki, gəlindi,
Qaşlarını aldırıb.

Ota bax, Yerdən göyə,
Topa-topa qaynayır,
Ota bax, qolun açıb,
"Çay havası" oynayır.

VI

Bu çay eni, çay boyu
Bu daşlaşan insanlar,
Bilirəm, öyəcəklər,
Bir gün də deyəcəklər;
- Bir İskəndər var idi,
Şeir dolu, səs dolu,
Həzin-həzin çağlayan
Çay idi, axdı, getdi.
Göydən baxan Ay idi,
Bizlərə baxdı, getdi.
Günəş idi, ölmədi,
Axşam yatmağa getdi.

VII

Bu sözdən, söhbətdən doya bilmədim,
Girdim qılığına otun, daşların.
Söhbətim uzandı, gün axşam oldu,
Uydum həvəsinə uçan quşların.

Yaman yorulmuşam, gözlərim seçmir,
Qaçmaq istəyirəm sözdən, qələmdən.
Elə yorulmuşam, dura bilmirəm,
Qaldıran gərəkdi tutub əlimdən.

Mən Günəş olmalı, Ay olmalıyam,
Sözün zirvəsinə ucalmalıyam,
Yerə də, göyə də nur yaymalıyam.
Bəxtimi bağlayıb, daşlar atandan,
Söz vurub, söz ilə “öc almalıyam”.


"Azərbaycan" jurnalı
XS
SM
MD
LG