Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:49

London - 2012: Olimpiadanı pozmaq istəyənlər işdən qovulacaqlar


Olimpiadanın açılış günü polislə birlikdə təhlükəsizlik qüvvələrinin sayı 30 mini keçə bilər
Olimpiadanın açılış günü polislə birlikdə təhlükəsizlik qüvvələrinin sayı 30 mini keçə bilər
-
30-cu Yay Olimpiya Oyunlarına saatlar qalır, lakin London 2012-nin təhlükəsizliyi məsələsi hələ də gündəmdədir.

Britaniya Silahlı Qüvvələri Olimpiadanın mühafizəsi üçün artıq 18 min əsgəri qüvvə ayırıb. Bundan əlavə, hərbçilərə açılış günü üçün pulsuz biletlər təklif olunub.

10 min hərbçiyə artıq biletlər verilib, bu isə o deməkdir ki, Olimpiadanın açılış günü polislə birlikdə təhlükəsizlik qüvvələrinin sayı 30 mini keçə bilər.

Bu arada Britaniya Sərhəd Xidməti İdarəsi Olimpiadanın açılış gününə elan etdiyi tətili təxirə salıb. Buna səbəb hökumətin sərt mövqeyi olub.

Hökumət xəbərdarlıq edib ki, tətilə çıxan sərhədçilər işdən qovulacaqlar. Onsuz da iş axtaran milyonlarla adam var.

«The Daily Telegraph» qəzeti yazır ki, hökumət Sərhəd Xidmətini «Bermud üçbucağı» adlandırıb.

Bildirib ki, hazırda Britaniyaya daxil olmuş, lakin harada qaldıqları bəlli olmayan 275 min mühacir var. Bu isə Nyukasl şəhərinin əhalisinə bərabərdir.

London metrosunun işçiləri də Olimpiadanın açılışı günü tətil edəcəklərini bildiriblər.
Hökumət bu tətilin qarşısını almaq üçün şirnikləndirici üsullara əl atır. Bildirilir ki, Olimpiada günlərində çalışan metro əməkdaşlarına 800-1000 funt sterlinq mükafat veriləcək.
XS
SM
MD
LG