Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:37

Ayaz Mütəllibov siyasətdən getdiyini rəsmən açıqladı [Video]


Azərbaycan Sosial Demokrat Partiyasının 12-ci qurultayında sədr seçkisi keçirilib
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00
Direct-ə keçid

Azərbaycan Sosial Demokrat Partiyasının 12-ci qurultayında sədr seçkisi keçirilib

Qurultayda Araz Əlizadə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri seçilib.

Sədrliyə 2 nəfər namizədliyini irəli sürmüşdü - Nəzakət Rüstəmova və Araz Əlizadə.

HƏMSƏDRLİK LƏĞV EDİLDİ

Azərbaycan Sosial Demokrat Partiyasında (ASDP) həmsədrlik institutu ləğv edilib.

Partiyada müavinlərin sayı da 8-dən 4-ə endirilib.

Bu qərarlar ASDP-nin iyunun 30-da keçirilən 12-ci qurultayında qəbul olunub.

Mövcud həmsədrlərdən Araz Əlizadə AzadlıqRadiosuna deyib ki, qurultay adından Ukrayna prezidentinə siyasi məhbusların azad olunması üçün müraciət də ünvanlanıb:

«Biz müraciət etdik ki, Ukraynadakı siyasi məhbuslar azad olunsun və onlara seçkilərdə iştirak üçün imkan yaradılsın. Qurultaydakı bütün qonaqlar bu müraciəti imzaladılar».
Araz Əlizadə və Ayaz Mütəllibov
Araz Əlizadə və Ayaz Mütəllibov

ASDP-nin qurultayında Macarıstan, Ukrayna, Rusiya, Moldova, Gürcüstan və Gürcüstan sosial demokratlarının nümayəndələri iştirak edir.

İndiyə qədər ASDP-yə Rusiyada mühacirətdə olan Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovla Araz Əlizadə həmsədrlik edib. Moskvadan qurultay iştirakçılarına telefonla müraciət edən Ayaz Mütəllibov partiyanın həmsədrliyindən və siyasətdən getdiyini deyib. O, Azərbaycanda eks-prezidentlər haqqında qanunun qəbul olunmasından sonra belə qərara gəldiyini bildirib.

İştirakçıların Şəhidlər Xiyabanını ziyarətdən sonra qurultay yenidən öz işini davam etdirməkdədir. Hazırda qurultayda partiyaya sədr seçkisi ilə bağlı müzakirələr gedir.

AYAZ MÜTƏLLİBOV ASDP-DƏN ÇIXDI

«Eks-prezidentlər haqqında qanunun qəbulu ölkə başçısı İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olub. Bu da Azərbaycan demokratiyasının inkişafında mühüm addımdır. Qanun eyni zamanda ölkədə daxili siyasi mühitə də müsbət təsir göstərməyə bilməz».
Ayaz Mütəllibov
Ayaz Mütəllibov

APA-nın məlumatına görə, bunu ASDP-nin qurultaya telefonla qatılan eks-prezident, partiyanın həmsədri Ayaz Mütəllibov deyib. A.Mütəllibov bildirib ki, bu qanun ona da şamil olunub:

«Həmin sənədin qəbulu mənim və ailə üzvlərimin də sevincinə səbəb oldu. Çünki bu qanun mənim mühacirət həyatıma son qoydu və Vətənə qayıdışıma imkan yaratdı. Arzum budur ki, xalqı birləşdirən bu cür addımların sayı çox olsun».

A. Mütəllibov qeyd edib ki, bu qanun keçmiş dövlət başçılarına layiqli qiymət verir:

«Bu qanun, bu status mənə siyasətlə məşğul olmağımı qadağan etmir. Lakin mən özüm qərara gəlmişəm ki, obyektiv səbəblərə görə, partiya üzvlüyündən çıxım. Bu addımımın səbəbi ailəmlə məşğul olmaq niyyətimlə, həmçinin səhhətimə diqqət yetirməyimlə bağlıdır… Əqidə etibarı ilə sosial demokratiyanın tərəfdarı olmuşam, bu mövqeyimdə də qalacam».

ARAZ ƏLİZADƏ: «ASDP HEÇ BİR QRUPLAŞMAYA QOŞULMAYACAQ»

«Ayaz Mütəllibov həm partiyadan, həm də siyasətdən gedir».

Araz Əlizadə
Araz Əlizadə
Bunu APA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə deyib.

O bildirib ki, partiyanın həmsədri, keçmiş prezident Ayaz Mütəllibov partiyanın rəhbərliyi vəzifəsindən getməsinə dair qərar qəbul edib:

«Ayaz Mütəllibovun bununla bağlı partiyanın qurultayına məktubu var və bu sənəd XII qurultayda açıqlanacaq. Ayaz Mütəllibovun bu mövqeyi partiyanın rəhbər strukturunda həmsədrlik institutunun ləğv edilməsi ilə bağlı müzakirələrin aparılmasına gətirib çıxarıb. Partiyanın XII qurultayında bu məsələ müzakirə mövzusu olacaq».

A. Əlizadə qeyd edib ki, qurultayda partiyanın prezident seçkisində iştirakı məsələsi də müzakirə ediləcək:

«Sosial Demokrat Partiyası heç bir qruplaşmaya qoşulmaq niyyətində deyil».
XS
SM
MD
LG