Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:44

Suriya rəsmisi 92 nəfərin qətlinə görə terrorçuları günahlandırır


Suriya hakimiyyəti bəyan edib ki, hökumət qoşunları Hoyla şəhərində 92 adamın ölümünə görə cavabdehlik daşımır.

Suriya Xarici İşlər Nazirliyinin sözçüsü Jihad al Makdissi deyir ki, bu qətllərin arxasında terorçular durur.

Beynəlxalq müşahidəçilər bundan əvvəl son günlər şəhərdə 32 uşaq da daxil olmaqla 92 nəfərin əlüm xəbərini təsdiqləyib.

Suriyalı hüquq müdafiəçiləri bu arada paytaxt Dəməşqdə toqquşmalar olduğunu xəbər verirlər.

İtki barədə məlumat verilmir.

BMT-nin baş katibi Ban Ki Moonla Suriya üzrə beynəlxalq elçi Kofi Annan bir daha Dəməşqi zorakılığı dayandırmağa və ağır silahlardan istifadə etməməyə çağırıblar.
XS
SM
MD
LG