Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:53

AYB 23 gün sonra şöbə səviyyəsində tələb etdi


Şəhriyar del Gerani və Fərid Hüseyn
Şəhriyar del Gerani və Fərid Hüseyn
Azərbaycan Yazıçılar Birliyinin "Güney Azərbaycan" şöbəsi gənc şairlər Şəhriyar del Gerani və Fərid Hüseynin İranda həbsinə etiraz edir.

Şairlərin həbsindən 23 gün sonra verilən bəyanatda deyilir ki, "02 may 2012 il tarixdə İranın məxfi orqan əməkdaşları tərəfindən Azərbaycan Respublikasının vətəndaşları - iki gənc ziyalı Fərid Hüseyn və Şəhriyar del Geraninin (Hacızadə) tutularaq bəlli olmayan yerə
aparılması və talelərindən bu günə kimi heç bir xəbərin olmaması bizi də nigaran etmişdir.

Gənc yazarların mədəni tədbirlərdə iştirakı və ya İran adlanan ölkəyə turistik səfərlərindən İran rejiminin narahat olmasi, “qonşu” dövlətin guya bu gənclərin harada və kim tərəfindən tutulub aparıldığından “bixəbər” olması onların Azərbaycana qarşı olması və antiazərbaycan siyasətinin bariz göstəricisidir.

Biz belə münasibətə qarşı öz etirazımızı bildirir, İran adlanan ölkənin hakim qüvvələrindən tezliklə gənc ziyalılıarın azadlığa buraxilmasın tələb edir və Azərbaycan Respublikasının qonşu ölkələrlə olan səmimi və qarşılıqlı hörmət əsasında qurulmuş munasibətini görməyə çağırırıq.

AYB-nin Güney Azərbaycan şöbəsi
Sayman Aruz"
XS
SM
MD
LG