Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:35

5 senator Bəxtiyar Hacıyevi azad etmək üçün prezidentə məktub göndərib


Bəxtiyar Hacıyev (sağda) onun işinə baxan məhkəmə proseslərindən birində, 8 aprel 2011-ci il.
Bəxtiyar Hacıyev (sağda) onun işinə baxan məhkəmə proseslərindən birində, 8 aprel 2011-ci il.
Başda senatorlar Mark Kirk və Ben Cardin olmaqla 5 ABŞ senatoru Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib ki, həbsdə olan demokratiya fəalı Bəxtiyar Hacıyevin həbsxanadan azad olunmasına imkan yaratsın.

Senatorların məktubunda deyilir ki, Bəxtiyar Hacıyevin həbsi və onunla kobud rəftar onun ifadə azadlığı və sərbəst toplaşma azadlığı haqlarının pozulmasıdır.
Onun həmçinin qeyri-insani rəftardan azadlıq haqqı da pozulub.

Məktubda bildirilir ki, Bəxtiyar Hacıyev ağır şəraitdə öz həbs müddətinin yarısını artıq çəkib və senatorlar İlham Əliyevdən xahiş edirlər ki, Hacıyevin dərhal azadlığa buraxılmasına kömək etsin.

Məktubu imzalayan digər senatorlar Barbara Boxer, Richard Blumenthal və Marco Rubiodur.

Bu məktubu yayan ABŞ-ın “Freedom Now” təşkilatının icraçı direktoru Maran Turner bildirir ki, Hacıyev həbs müddətinin bir ildən çoxunu artıq keçirib. Təşkilat Azərbaycan hökumətindən xahiş edir ki, senatorların müraciətini nəzərdən keçirsin və Hacıyevin vaxtından qabaq azad olunmasını təmin etsin.

Təşkilatın fikrincə Hacıyevin həbsdə özünü yaxşı aparması, tələbə vaxtı yaxşı oxuması, gənclər təşkilatlarına əvvəlki liderliyi onu əfv olunmağa ən yaxşı namizəd edir.

“Freedom Now” Bəxtiyar Hacıyev haqda məlumat verərək yazır ki, 30 yaşlı Hacıyev demokratiya fəalıdır, 2010-cu ildə parlament seçkilərində deputatlığa namizəd olub. Harvard Universitetinin John Kennedy Məktəbinin məzunudur.

2011-ci ilin martında hökumət əleyhinə nümayişdən bir neçə gün qabaq tutulub. Keçən ilin mayında təşkilatın fikrincə, Azərbaycan məhkəməsi onu ordudan yayınmaq ittihamı ilə 2 illik həbs cəzasına məhkum edib.

Təşkilat bu məhkəmə qərarını düzgün saymır. Hesab hesab edir ki, onun səhvən həbsi, saxlanması, məhkəməsi Azərbaycan qanunlarını pozur. Bu, həmçinin Azərbaycanın beynəlxalq öhdəliklərinin pozulmasıdır.

Hökumət rəsmiləri Bəxtiyar Hacıyevin siyasi fəaliyyətinə görə tutlduğu barədə ittihamları rədd edir, onun sadəcə olaraq hərbi xidmətdən yayındığı üçün cəzalandırıldığını bildirirlər.
XS
SM
MD
LG