Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:49

Nabokov: "Faulkner, Camus mənim üçün heç bir dəyər kəsb eləmir"


.
oxuzali.az


"Cəmiyyətin qəbul etdiyi bir çox yazıçılar, sadəcə, mənim üçün mövcud deyillər".

Bunu məşhur rus-amerikan yazıçısı, "Edama dəvət", "Maşenka", "Lolita" və başqa əsərlərin müəllifi Vladimir Nabokov 1967-ci ildə "Paris review" jurnalına verdiyi müsahibəsində deyir.

"Onların adları boş qəbirlərin üzərinə həkk edilib, mənim oxu zövqümə görə, onların kitabları vitrinlərdəki manekenlər kimidir, boş və mənasız şeylərdir. Brecht, Faulkner, Camus və bir çox başqaları məndən ötrü heç bir dəyər kəsb eləmir".

Nabokov belə yazarların əsərlərinin tənqidçilər tərəfindən ən parlaq ədəbiyyat nümunələri kimi dəyərləndirilməsini qəbul etmir.

O, rus şairləri arasında "müəyyən mənada" Puşkindən təsirləndiyini etiraf edir. Nabokovun Qoqola münasibəti isə birmənalı deyil:

"Mən çalışmışam ki, ehtiyatlı olum, ondan heç nə öyrənməyim. Bir müəllim kimi o, qeyri-müəyyən və təhlükəlidir. Əgər Ukrayna mövzulu yazılarını götürsək, o, çox mənasız yazıçıdır, ən yaxşı əsərlərində isə o, təkrarolunmazdır, tayı-bərabəri yoxdur".

Nabokov Britaniya yazıçısı, "Gözəgörünməz adam" və başqa elmi-fantastik əsərlərin müəllifi H. G. Wells-i "böyük sənətkar" adlandırır, uşaq vaxtı onun əsərlərini çox sevdiyini deyir. Nabokovun fikrincə, Wells-in "Vaxt maşını", "Korlar ölkəsi" və başqa əsərlərinin səviyyəsi "Bennett, Conrad kimi yazıçıların yazdıqları bütün əsərlərindən xeyli yüksəkdir".

Nabokovun ən çox bəyəndiyi yazıçılardan biri James Joyce-dur. (Hərçənd o, Joyce-dan təsirlənmədiyini bildirir).

Amma Nabokovun Joyce-un yazdıqlarına münasibəti birmənalı deyil. "Uliss"i çox xoşladığını deyən Nabokov "Finniqanın yası" romanına biganə olduğunu etiraf edir:
"Mən "Finniqanın yası" romanına biganəyəm, necə ki dialektdə yazılan bütün regional ədəbiyyat nümunələrinə biganəyəm, hətta bu, dahinin dialekti olsa belə".

Q.Rövşən
XS
SM
MD
LG