Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:33

2 aprel məhbusları gələn həftə azad ola bilərlər?


İctimai Palatanın 2 aprel mitinqi
İctimai Palatanın 2 aprel mitinqi
2 aprel məhbusu Arif Hacılı «Amnesty International» təşkilatına təşəkkür edib.

Bu barədə AzadlıqRadiosuna Arif Hacılının qardaşı Mustafa Hacıbəyli xəbər verib.

Onun sözlərinə görə, Arif Hacılı həbsxana yoldaşları Ülvi QuliyevZülfüqar Eyvazovun adından da Azərbaycanda siyasi məhbusların azadlığa çıxması üçün göstərdiyi ardıcıl və prinsipial səylərə görə «Amnesty International» təşkilatına minnətdarlıq edib.

Aprelin 15-də Arif Hacılı və Ülvi Quliyevlə 16 saylı cəzaçəkmə müəssisəsində görüşən Mustafa Hacıbəyli deyir ki, siyasi məhbuslar «Eurovision» ulduzlarının «Amnesty İnternationa»l tərəfindən təşkil olunan «Azad et!» kampaniyasında iştirakından xəbərdardırlar.

Onun sözlərinə görə, Arif Hacılı Azərbaycandakı siyasi həbslərin dünya çapında pislənməsi vacibliyini qeyd edib və deyib ki, musiqi ulduzları insan haqlarının bir ölkənin daxili işi olmadığını anlayırlar. Bilirlər ki, siyasi həbslərin baş verdiyi, söz azadlığının məhdudlaşdırıldığı ölkədə incəsənətin inkişafının mümkün deyil. "Qalır Azərbaycan hakimiyyətinin də bunu anlaması", - deyə Arif Hacılı əlavə edib.
«Amnesty International» bir ay əvvəl «Eurovision» ulduzlarını Azərbaycanda siyasi məhbusların azad edilməsi tələbi ilə çıxış etməyə çağırıb. Bu çağırışa 10-dan artıq keçmiş «Eurovision» iştirakçısı qoşulub.
Mustafa Hacıbəyli: «Gələn həftə Arif Hacılı və digər məhbusların vaxtından əvvəl azadlığa çıxması barədə məhkəmə iddialarına baxılması gözlənilir. Məhbuslara məhkəmə iclasının həbsxanada aprelin 17-18-də keçiriləcəyi barədə məlumat verilib. Ola bilsin ki, hakimiyyət bu şansdan istifadə edib, 2 aprel məhbuslarının hamısını azadlığa buraxdı».

Hacıbəyli 16 saylı cəzaçəkmə müəssisəsində olan 2 aprel məhbuslarının – Arif Hacılı, Zülfüqar Eyvazov və Ülvi Quliyevin sağlamlığı və saxlanma şəraiti ilə bağlı şikayət etmədiklərini deyib: «Pozitiv dəyişiklik də var. Həbsxananın kitabxanası zənginləşdirilib. «Ən yeni ədəbiyyat» seriyası, dünya ədəbiyyatından tərcümələr və başqa kitablar gətirilib. Bu yeniliyə təkcə siyasi məhbuslar sevinməyib. Arif bəyin sözlərinə görə, məhbusların kitabxanaya axını artıb. İndi həbsxanada Oruelin «Heyvanıstan»ını, Markesin «Polkovnikə heç kim yazmır», «Gözlənilən qətlin tarixçəsi» əsərlərini, Azərbaycan yazarlarından Əli Əkbərin «Amneziya»sını, Pərvizin «Yad dildə», Seymur Baycanın «Quqark» romanlarını, Rasim Qaracanı, Sevinc Pərvanəni də oxuyurlar.
Arif Hacılı, Ülvi Quliyev və Zülfüqar Eyvazov 2011-ci il aprelin 2-də dinc etiraz aksiyasında iştirak etdikləri zaman həbs olunublar.
XS
SM
MD
LG