Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:58

Rusiyalı tələbələr: «Holokost divar kağızı üçün yapışqandır» [VİDEO]


Rusiyalı tələbələr: «Holokost divar kağızı üçün yapışqandır»
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

Rusiyalı tələbələr: «Holokost divar kağızı üçün yapışqandır»

Ksenia və Yevgenia Karatygina bacıları bir çox yaşıdlarının arzuladığına çatıb: onlar Rusiya məşhurlarına çevriliblər. Minlərlə istifadəçi bacıların «YouTube»-da yayımlanan video-çarxını izləyib.
Məsələ burasındadır ki, bacılar Rusiyanın «Muz-TV»-də yayımlanan «Olduqca gözəl» proqramında viktorina tipli sualları cavablandırarkən «Holokost nədir» sualı ilə üzləşiblər. Müzakirədən, məsləhətləşmədən sonra bacılardan biri Yevgenia belə cavab verib:
- Biz düşünürük ki, Holokost divar kağızı üçün yapışqandır.
Teleproqramın bu fraqmentini əks etdirən video sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb olub.
«HOLOKOST NƏDİR?»
Aparıcı və bacılar arasında belə bir dialoq olub:
Aparıcı: Holokost nədir?
Yevgenia Karatygina: Yapışqan...
Ksenia Karatygina: Holokost mənə heç nə demir. Nə isə dəftərxana ləvazimatına aiddir...
Yevgenia Karatygina: Yox, məhz elə yapışqandır. Ola bilsin, divar kağızı üçündür. Nə isə adlanır... Ya da ev üçün materialdır.
Ksenia: Mənim variantım yoxdur, gəl, sənin variantını götürək.
Yevgenia: Biz düşünürük ki, Holokost divar kağızı üçün yapışqandır.

Karatygina bacılarının «YouTube»-da yayımlanan videosu

Ksenia və Yevgenia Vladimir vilayətinin o qədər də böyük olmayan «Krasnaya Qorbatka» qəsəbəsində anadan olub. 2009-cu ildə onlar Moskvada 3 ali məktəbə imtahan verib hər birini qazanıblar, amma onlar Kosıgin adına Tesktil (Toxuculuq) Universitetini seçiblər.
«HOLOKOST- DİXLOFOS, AĞCAQANAD, YAPIŞQAN...»
AzadlıqRadiosunun rus xidməti «olduqca gözəl» bacıları axtarıb və onların AzadlıqRadiosunun studiyasında «Holokost» fondunun təmsilçisi Alla Qerberlə görüşdürüb.
Müsahibə zamanı Yevgenia deyib:
- Düzünə qalsa, sualın cavabını bilmirdim. Bəli, mən o qədər də intellektual deyiləm. Qadın məntiqinə söykəndim. Təxmin etdim ki, bu nə isə ağcaqanadla, dixlofosla bağlıdır. Güman elədim ki, nə isə evlə bağlıdır. Bəlkə yapışqandır? Ksyuşa mənə etiraz etmədi. Və biz də mənim variantımı söylədik.
- Amma deyəsən sonradan Ksenia sualın cavabını bildi.
Ksenia:
- Bəli, Holokostun nə olduğunu bildim.
- Onda nə cavab verərdiz?
Ksenia:
- Cavab verərdim ki, bu yəhudilərə zülmdür.
- Yevgenia, məktəbdə bu mövzuda keçməmisiz?
Yevgenia:
- Düzünə qalsa, məktəbdə belə şeyləri çox darıxdırıcı keçirlər. Hərçənd müəllim çox yaxşı idi. Amma mən heç vaxt buna vaxt sərf etməmişəm, tarixlə bağlı instituta girmək istəməmişəm. Buna görə də bütün dərslərdə nəyləsə məşğul olmuşam. Mən şeirlər yazırdım.
- Verilişdən sonra “Holokost” sözünün mənasına baxdızmı?
- Baxdım.
- Başa düzdüzmü bu nədir?
- Bu, Böyük Vətən Müharibəsi dövründə yəhudilərə qarşı zülmdür.
- Bəlkə ətraflı danışasız. Yəqin ki, iki cümlə oxumamısız.
- Düzünə qalsa, bu barədə bacımdan eşitdim.
- Bu vaxta qədər siz bu barədə bir şey oxumamız?
- Yox.
- Bəs «Osvensim» sözünü eşitmisiz?
- Yox.
- Ksenia, sizin fikriniz
- Eşitmişəm. Hansısa vətəndaş müharibəsi ilə bağlıdır.
Ksenia deyib ki, onların universitetdəki müəllimi bu verilişə baxıb və onların cavabından çox qəzəblənib: «Təxminən belə deyib: bu necə ola bilər? Ali məktəbdə oxuyan, tarix, coğrafiya, sənət haqqında dərs keçən adam necə bu barədə məlumatsız ola bilər? Bu qızlar bu qədər necə səfeh ola bilər?» Ksenia əlavə edib: «Biz onun tələbələriyik, amma elementar şeyləri bilmirik».
«AZƏRBAYCANLILARIN, ÖZBƏKLƏRİN ELƏ DANIŞIQ TƏRZİ VAR Kİ...»
Müsahibə zamanı qızlar jurnalistin şəxsi həyatlarına dair suallarını da cavablandırıblar. «Elə bir hissiniz varmı ki, bu qrupla ünsiyyətdə olmaq olmaz, amma başqası ilə olar» sualına Yevgenia belə cavab verib:
- Nəyə görəsə mən azərbaycanlı, özbək millətindən olanları digərlərindən ayırıram. Nəyə görəsə onlarla ünsiyyətdə ola bilmərəm. Ona görə yox ki istəmirəm, ona görə ki, bacarmıram. Onlardə elə danışıq tərzi var ki, sadəcə, məni özündən uzaqlaşdırır.
- Bəs Şimali Qafqaz?
- Məncə, onlar açıq adamlardır. Qorxuram ki, onları anlaya bilməyim və... Amma bu o demək deyil ki, onlarda ünsiyyətdə ola bilmərəm. Tanışlarım var, yazışırıq... Amma qorxuram ki, əgər onlarla görüşsəm, özümü çox naqolay hiss edim, çünki nə isə anlaya bilmirəm.
- “Bəs yəhudilər?”
- Onlarla da həmçinin.
Yəhudilərlə bağlı söhbətdən sonra aparıcı soruşur:
- Zəhmət olmasa, deyin, siz səsverməyə gedibsiniz?
Yevgenia:
- Bəli, Vladimir Vladimirovich Putinə səs vermişəm.
- O, nəylə cəlbedici görünüb?
Yevgenia:
- Mən baxmadım o cəlbedicidir, ya yox. Mənə görə Proxorov kimisi cəlbedicidir. Amma mən Putinə səs verdim. Çünki, fikrimcə, o, sınaqdan çıxmış adamdır.
Karatygina bacıları Moskvada işləyib yaşamağı planlaşdırırlar. Ksenia hələlik universitetdən sonra nə işlə məşğul olacağını bilmir, hərçənd əla qiymətlərlə oxuyur və yüksək təqaüd alır. Yevgenia da əlaçıdır və aktrisa olmağı arzulayır. Rusiya Teatr Sənəti Akademiyasına daxil olmağa hazırlaşır. Hazırda onlar Moskva küçələrində reklam bukletləri paylayır, sosioloji sorğular keçirir, hətta dayəlik də edirlər. Bacardıqları qədər işləyirlər ki, yaşaya bilsinlər və gələcəyə də optimist baxırlar.

Sayta hazırladı: Səadət Akifqızı
XS
SM
MD
LG