Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:44

Qubada adamları polisə çağırıb xəbərdarlıq edirlər


Martın 10-da polisə aparılan 22 yaşlı rayon sakini Məhəmmədhəsən Əkbərov buraxılıb.

Bu barədə onun əmisi Pənah Əkbərov məlumat verib. Dediyinə görə, qardaşı oğlundan yazılı izahat alınıb və ona aksiyalara çıxmamaqla bağlı xəbərdarlıq edilib.

***

Quba hadisələrinə görə daha 1 nəfər martın 10-da polisə aparılıb.

Bu, 22 yaşlı rayon sakini Məhəmmədhəsən Əkbərovdur. Səhər saatlarında polislər onu evlərindən aparıblar.

Martın 5-i və 9-da polisə aparılan Xəyyam Yunisovla Murad Zakirov isə sərbəst buraxılıb. Yaxınlarının AzadlıqRadiosuna verdiyi məlumata görə, onlara bir daha aksiyalara çıxmamaq haqda xəbərdarlıq edilib, onlardan yazılı iltizam alınıb.

Quba hadisələri ilə əlaqədar indiyə qədər həbs edilib barəsində cinayət işi açılan 3 nəfərin adı məlumdur - Alxas Dənyalov, Samir XammədovFərhad Abdurəhmanov. Onların bir neçə gün əvvəl Qubadan Bakıya gətirildiyi bildirilir.

Hər 3 gənc özgə əmlakını qəsdən məhv etməkdə və ictimai qaydanı pozmaqda ittiham olunur.
XS
SM
MD
LG