Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:49

Bəxtiyar Hacıyevin həbsindən bir il ötür


Arxiv foto: Bəxtiyar Hacıyev
Arxiv foto: Bəxtiyar Hacıyev
Bugün gənc fəal, keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyevin həbsinin bir ili tamam olur.
4 mart 2011-ci ildə sosial şəbəkələrdə yazdığı yazılardan sonra Gəncə RPŞ-nə çağrılan Bəxtiyar Hacıyev, eyni gündə ikinci dəfə getdiyi polis şöbəsində saxlanıb. Martın 4-də gecə saatlarında Nizami rayon Məhkəməsinin çıxardığı qərarla Bəxtiyar Hacıyev həbs edilib. Hacıyev Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib.
Bəxtiyar Hacıyev həbsinin siyasi sifariş olduğunu deyib.
Hacıyev bir sıra yerli və beynəlxalq təşkilatlar tərəfindən "vicdan məhbusu" elan edilib, ona qarşı irəli sürülmüş ittihamlar Avropa Birliyi, Avropa Parlamenti, ATƏT, ABŞ dövlət departamenti, Almaniya Bundestaqı və s. qurumlar tərəfindən siyasi motivli olması barədə narahatlıqla qarşılanıb.
XS
SM
MD
LG