Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:44

Facebook müraciəti Bakıda Rusiya filminin nümayişini necə dayandırdı

"Park Cinema" rus filmini niyə göstəmədi? (AzadlıqFM)
Gözlə

No media source currently available

0:00 0:52:53 0:00
Direct-ə keçid

"Park Cinema" rus filmini niyə göstəmədi? (AzadlıqFM)

“Park Cinema” kinoteatrı “Avqust. Səkkizi” filminin nümayişini nəzərdə tuturdu. Facebookda Rusiya-Gürcüstan müharibəsindən bəhs edən bu filmin Bakıda göstərilməsinə etiraz edən müraciət yayıldı. Rusiyada istehsal olunan filmdə Rusiya-Gürcüstan müharibəsi haqda həqiqətlərin birtərəfli, təhrif olunmuş formada təqdim olunması pislənirdi.

AzadlıqFM proqramına telefonla qoşulan “Park Cinema” kinoteatrının direktoru Namiq

"Park Cinema" kinoteatrının göstərmədiyi filmdən fraqmentlər
Quliyev rəhbəri bildirdi ki, Facebookdakı müraciətin nəticəsi kimi onların ünvanına çoxlu müraciətlər, e-maillər gəldi. Bundan sonra kinoteratr rəhbərliyi filmin nümayişindən imtina etmək haqda qərar verdi.

Bunu senzuranın bir növü adlandırmaq olarmı? Bəs ifadə azadlığı? Mədəniyyət və siyasət - bunların optimal münasibəti necə olmalıdır? Fevralın 24-də,  AzadlıqFM-də Səadət Akifqızının bələdçiliyi bu haqda söhbət getdi.

Proqrama Facebookda “Avqust. Səkkizi” filminə etiraz edən Rüfət Abdulla və hüquqşünas Ələsgər Məmmədli (studiyada), "Park cinema" kinoteatrının direktoru Namiq Quliyev, kinorejissor Əlisa Cabbarlı, kinoşünas Aygün Aslanlı (telefonla) qoşuldular.

Proqramda səslənən fikirlər

Rüfət Abdulla:

- Biz Rus kinematoqrafiyasının əleyhinə deyildik. Amma fikirləşdik ki, 20 yanvar hadisələrindən 1 ay keçib, Xocalı faciəsinin ildönümü ərəfəsindədir. Biz Park-sinemanı vətəndaş mövqeyi göstərməyə dəvət etdik ki, bu hadisələrin fonunda Rusiyanın qələbəsinin əks olunduğu filmin nümayişi düzgün deyil. Biz demirik ki, o filmi qadağan eləmək lazımdır, sadəcə, hər kəs evində, lap dostları ilə baxsın, kütləvi nümayiş olmasın.

Ələsgər Məmmədli:

-  İfadə azadlığının da sərhədləri var. Müharibə, irqçik, ayrı-seçkilk təbliğinə yol verilirsə, bu, ifadə azadlığının sərhəddinin pozulmasıdır. Bu filmdə bir millətin digər millət üzərində hegomonluğu varsa, belə səhnələr yer alırsa, - filmə baxmamışam, bilmirəm, - bu zaman filmin nümayişini dayandırılıb-dayandırılmamağına məhkəmə qərar verə bilər.

Əlisa Cabbarlı:

Qadağa çıxış yolu deyil. Bu filmdə gürcü xalqına qarşı təhqiramiz bir şey yoxdur. Bir var etnik dəyərlər, bir də ümumbəşəri dəyərlər. Əgər bir sənət əsəri istedadla, ziyalılıqla və bəşəri dəyərlə yaradılıbsa, onda dünyada qəbul olunacaq. Azərbaycanda Qarabağ müharibəsi haqqında romanlar yazılıb. Biri var Aqil Abbasın “Dolu” romanı, biri də var Seymur Baycanın “Quqark”. Hər ikisi istedadlı, vətənpərvər yazarlar tərəfindən yazılıb. Amma “Dolu” romanının əsasında çəkilən film Biləcəridən o tərəfə getməyəcək, çünki bəşəri dəyərlərə söykənməyib, başqa yanaşma var, “Quqark” isə müharibə haqqındadır və burda bəşəri dəyərlər var.

Proqramın videoyazısına yuxarıda bax.
XS
SM
MD
LG