Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:50

Can Bonomo: «Nə gözəl şəhərimizsən, Bakı!»


Can Bonomo, undated
Can Bonomo, undated
Eurovision.az saytının yazdığına görə,Türkiyənin Eurovision Mahnı Müsabiqəsi-- 2012 təmsilçisi Can Bonomo Bakıdan qayıtdıqdan sonra təəssüratlarını bu sözlərlə ifadə edib.

Azərbaycan Milli Finalının qonağı olan Canın sevgi və məmnunluq dolu bu yazısı ifaçının rəsmi internet səhifəsində dərc olunub.

Türkiyə təmsilçisi həyatında ilk dəfə gördüyü Bakının eklektik və görkəmli memarlıq nümunələrini çox sevdiyini deyib.

Can Bakı sakinlərinin qonaqpərvərliyini, insanların istiqanlılığını da özünəməxsus şəkildə dəyərləndirib və “Ay siz nə qədər gözəl insanlarsınız”--yazıb.

Can Azərbaycana bir də gəlmək şansının olduğuna sevindiyini, yeni dostluqlar qurduğunu qeyd edib.

O, Bakıya olan sevgisinə şeir də həsr edib:

«Nə gözəl şəhərimizsən, Bakı!
Sabahın, axşamın xeyir!”


Xatırladaq ki, Can Bonomonun oxuyacağı Eurovision mahnısı hələ açıqlanmayıb. Ancaq türk mediasında mahnı barədə ipucları ortaya çıxıb.

MFÖ qrupunun üzvü, TRT Müzik-də proqram aparan Fuat Güner bu ilki mahnının yarı türkcə, yarı ingiliscə olduğunu mediaya bildirib.

Fuat Güner bu yarışmaya kimin qatılacağının deyil, hansı mahnı ilə qatılacağının önəmli olduğunu söyləyib və əlavə edib: Can Bonomo fərqli bir musiqi yazır. Çox yaxşı bir mahnı ilə gedərsə, uğur qazana bilər”.
XS
SM
MD
LG