Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:47

Çin rəsmisi Suriyanın hökumət və müxalifət nümayəndələrilə görüşüb


Dəməşqdə Suriya hökumətinin nümayəndələrilə Çin xarici işlər nazirinin müavini Zhai Jun arasında görüş olub.

Səfərdə məqsəd Suriya böhranının dinc həlli yollarını tapmaqdır.

Suriya xarici işlər nazirliyinin nümayəndəsi Arnus.


Çin xarici işlər nazirinin müavini Jun səfər zamanı həmçinin müxalifət nümayəndələrilə görüşüb.

Cümə günü Suriyada hökumət qoşunları ilə müxalifətin tərəfinə keçmiş hərbçilər arasında toqquşmalar davam edib.

Müxalifət fəalları azı 40 adamın öldüyünü xəbər verirlər.

ABŞ Senatı cümə günü Suriya rejimini kəskin ittiham edən qətnamə qəbul edib.

Senat həmçinin Rusiya ilə Çinin BMT-nin Baş Assambleyasında Suriya ilə bağlı qətnamə layihəsinə veto qoymalarından təəssüf bildirib.

Qətnamə layihəsində Suriyada qan tökülməsinə görə cavabdehlik Suriya hakimiyyətinin üzərinə atılırdı.
XS
SM
MD
LG