Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:38

Nazim İbrahimovun etirafı, Mehriban Əliyevanın təşəkkürü və İP-in sürprizi


Foto: Arxiv
Foto: Arxiv
«Fransa bilməlidir ki, Azərbaycan öz qardaşının – Türkiyənin yanındadır».

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov «Yeni Müsavat»a belə deyib. O, həmçinin bildirib: «Gələcək strategiyamız naminə Türkiyədən bizə ünvanlanan bəzi iradları görməzliyə vurmalıyıq».

Qəzetin «İranda milyonlarla azərbaycanlının haqlarının qorunması üçün hansı işlər görülür» sualına isə Nazim İbrahimov belə cavab verib: «Çox təəssüf ki, bu ölkədə heç bir iş görə bilməmişik. İran bu ölkədə bizim fəaliyyətimizə qəti surətdə imkan verməyib…».

«Azərbaycan» qəzeti Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Fransa Senatının bir qrup nümayəndəsi ilə görüşü haqda yazır:

«Mehriban xanım Əliyeva Fransa Senatında qondarma «erməni soyqırımı»nın inkar edilməsinə görə cəza nəzərdə tutan qanunun qəbul edilməsinin Azərbaycan cəmiyyətində narazılıq doğurduğunu bildirib. Azərbaycanın birinci xanımı bu qanunun müzakirəsi zamanı tutduqları ədalətli mövqeyə görə senatorlara təşəkkür edib, ümidvar olduğunu bildirib ki, Konstitusiya Şurası demokratiyaya və söz azadlığına zidd olduğuna görə bu qanunun qüvvəyə minməsinə imkan verməyəcək…».

«Müxalifət hakimiyyətə sürprizlər vəd edir». «Bizim yol» qəzeti bu başlıqlı məqalədə belə yazır.
İctimai Palata
İctimai Palata
Fevralın 7-də İctimai Palata vicdan məhbuslarının durumu, onların azadlığa çıxması yönündə görülən işlərlə bağlı dinləmələr təşkil edib. Müzakirələr zamanı deyilib ki, siyasi məhbuslar azadlığa buraxılmazsa, «Eurovision»da gözlənilməz hadisələr baş verə bilər. Müsavat başqanı İsa Qəmbər deyib ki, onlar mahnı müsabiqəsini hakimiyyət istədiyi bayram kimi qeyd etməyə imkan verməyəcəklər.

«Azadlıq» qəzeti yazır: «Münhen qalmaqalı hakimiyyəti təşvişə salıb». İctimai Palatanın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli: «Azərbaycanın Misirdəki avtoritar rejimlə müqayisə olunması İlham Əliyevə ciddi mesajdır». Hüquqşünas Qurban Qurbanov: «Heç kim şübhə etməməlidir ki, Azərbaycandakı bu rejimin sonu da Misirdəki quruluş kimi olacaq».

AFFA-nın İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev «Zerkalo»ya müsahibə verib və legionerlər məsələsinə toxunub: «8 legioner bizə nə verdi. Bəyəm çempionatda nəsə dəyişdi? Bəlkə səviyyə artıb? Azarkeşlər yox idi və yoxdur, yığmanın nəticələri sevindirmir. Səviyyə onda qalxacaq ki, limit 6 və ya 5 olsun. Bəla həm də ondadır ki, bizə yüksək səviyyəli legionerlər gəlmirlər…».
XS
SM
MD
LG