Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:52

İP 2 aprel aksiyasında həbs edilənlərlə bağlı müzakirə keçirib


Fevralın 7-də İctimai Palata 2 aprel aksiyasında həbs olunanlarla bağlı müzakirələr keçirib.
Müzakirələrin sonunda qəbul olunan bəyanatda bildirilir ki, “beynəlxalq təşkilatların vicdan məhbusları kimi tanıdığı şəxslərin bu gün də həbsdə saxlanması, son əfvin həbsdə olan vicdan məhbuslarından yalnız Cabbar Savalanlıya şamil edilməsi Azərbaycan hakimiyyətinin insan hüquqlarının müdafiəsinə, sərbəst toplaşmaq, fikir və söz azadlığına, eləcə də beynəlxalq təşkilatların tövsiyələrinə münasibətinin göstəricisidir”.
Bəyanatda deyilir ki, bu hal Avropada sülh və barışığa xidmət edən “Eurovision 2012” mahnı müsabiqəsini keçirməli olan və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Azərbaycanın imicinə qara ləkədir.
İctimai Palata hakimiyyətdən vicdan məhbuslarının əksəriyyətinin onlara kəsilmiş cəza müddətinin 1/3 hissəsindən çoxunu həbsxanada keçirdiyini nəzərə alaraq dərhal azad edilməsini tələb edir.
2 aprel məhbusları Arif Alışlı 3 il, Elnur İsrəfilov 2 il 6 ay, Sahib Kərimov 2 il, Elşən Həsənov 2 il, Babək Həsənov 1 il 6 ay, Zülfüqar Eyvazlı 1 il 6 ay, Arif Hacılı 2 il 6 ay, Tural Abbaslı 2 il 6 ay, Məhəmməd Məcidli 2 il 6 ay, Əhəd Məmmədli 3 il, Rüfət Hacıbəyli 1 il 6 ay, Ülvi Quliyev 3 il, Elnur Məcidli 2 il, Şahin Həsənli 2 il, Vidadi İsgəndərli 3 il, Bəxtiyar Hacıyev 2 il azadlıqdan məhrum edilib.
Bakı Apelyasiya Məhkəməsi 15 nəfərin hökmünü olduğu kimi saxlayıb, yalnız Elşən Həsənovun cəza müddəti 1 il azaldılıb.
XS
SM
MD
LG