Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:29

Prezident Administrasiyası qarşısında aksiya


Aksiya, 18 yanvar 2012
Aksiya, 18 yanvar 2012
Aksiyaçılardan daha birinin, 59 yaşlı bir qadının halı da pisləşib. İkinci dəfə təcili tibbi yardım çağırılıb.

Halı pisləşən xanımların vəziyyəti kafidir.

Aksiya iştirakçıları dağılıblar. Amma AzadlıqRadiosuna deyiblər ki, onlar vaxtaşırı belə etiraz tədbirləri keçirəcəklər. Növbəti aksiya yanvarın 24-ə təyin olunub.

***

Yanvarın 18-də təxminən 50 nəfər Prezident Administrasiyası qarşısında aksiya keçirməyə cəhd edib.

Həmin şəxslər «GEN», «Kamran» və «Birlik» MMC tərəfindən aldadılanlardır. Polis dərhal onların əllərindəki şüarları alıb, ərazidən uzaqlaşdırmağa başlayıb. Bu zaman 65 yaşlı Fəridə Ələkbərovanın halı pisləşib. Hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb.

Adıçəkilən qurumlar xeyli sayda vətəndaşı mənzillə təmin edəcəklərini deyərək aldadıb, külli miqdarda vəsaiti mənimsəyiblər.
XS
SM
MD
LG