Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:46

Həmsədr ölkələr Qarabağ münaqişəsini müzakirə edib


Foto arxiv
Foto arxiv
Dağlıq Qarabağ münaqişəsi sülh yoluyla həll olunmalıdır.

Belə bir bəyanatla münaqişənin həlliylə bağlı ATƏT-in Mİnsk qrupuna daxil olan ölkələr,
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri çıxış ediblər.

ABŞ dövlət katibi Hillary Clinton, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın
Avropa məsələləri üzrə naziri xarici Jean Leonetti, Azərbaycanın xarici işlər naziri Elmar
Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan sülh danışıqlarınının davam etdirilməsi və atəşkəsin pozulması hallarıyla bağlı araşdırma aparılmasının vacibliyini bildirirlər.

Elmar Məmmədyarovla Edvard Nalbandyan Minsk qrupunun həmsədrləri, habelə ABŞ,
Rusiya və Fransa prezidentlərinin münaqişənin həlli yönündə göstərdikləri səyləri yüksək qiymətləndirib və yaxın vaxtlarda prezidentlərin yenidən görüşməyə hazır olduqlarını bildiriblər.
XS
SM
MD
LG