Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:30

Rusiyada hakim partiya qələbə qazanır, amma geriləyir


Moskvada "Müxalifətsiz seçkilərə qarşı" etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00
Direct-ə keçid

Dekabrın 4-də axşam, Moskvanın Triumfalnaya meydanında müxalif fikirli vətəndaşlar etiraz aksiyasına toplanmışdılar. Rusiyadakı parlament seçkilərinin qeyri-demokratik keçirilməsinə etiraz edənlər polis tərəfindən həbs edilirdi. 100-ə yaxın adamın saxland

Hakim «Vahid Rusiya» Partiyası Rusiyada keçirilən parlament seçkilərinin qalibidir.

Artıq səslərin 92 faizi sayılıb. «Vahid Rusiya» Partiyası 50 faizdən bir qədər az səs toplayıb. Bu, partiyanın əvvəlki seçkilərlə müqayisədə bir xeyli səs itirdiyini göstərir. 2007-ci ildə keçirilən seçkilərdə «Vahid Rusiya» 64 faiz səs yığmışdı.

İkinci yerdə 19 faiz səslə Kommunist Partiyası, üçüncü yerdə 13 faiz səslə mərkəzçi «Ədalətli Rusiya» Partiyasıdır. Baş nazir Vladimir Putin seçkilərin nəticələrini «çox çətin vaxtda əla nəticə adlandırıb»:

«Bu nəticələrə əsaslanaraq biz ölkəmizin sabit inkişafını təmin edə biləcəyik».

Müxalifət liderləri və fəalları seçkilərdə kütləvi saxtakarlıqlar barədə məlumat verirlər.

Moskvada seçkilərin nəticələrinə etiraz edən 250 nəfər həbs olunub. Bundan başqa, Qərbin dəstəklədiyi «Qolos» seçkiyə nəzarət qurumu və iki liberal media orqanı – Moskva radiostansiyasının saytı və Slon.ru onlayn xəbər portalı hakerlərin hücumuna məruz qalıb.

Bu seçkilər martda keçiriləcək prezident seçkisi ərəfəsində Vladimir Putin üçün ilk mühüm sınaq sayılır.

***

Dekabrın 4-də Moskvanın və Peterburqun mərkəzində icazəsiz aksiya keçirmək istəyən müxalifətçilər saxlanıb.
Müxalifətçilər Moskvanın Manej və Triumfal, eləcə də Peterburqun Qostinıy Dvor meydanlarında tutulublar.
Polis bölməsinə 2o-dək adam gətirilib. Onların arasında “Levıy Front” və “Mı” hərəkatlarının rəhbərləri Sergey Udaltsovla Roman Dobroxotov da var.
Müxalifətçilər Dövlət Dumasına keçirilən seçkilərə etiraz edirlər. Mitinqçilər bir sıra müxalifət partiyaları qeydə alınmadıqları və seçkilərdən kənarda qaldıqları üçün seçkiləri qanunsuz sayırlar.
***
MSK-nın məlumatına görə, Dövlət Dumasına seçkilərdə Moskva vaxtı ilə saat 17-dək seçicilərin 42 faizi iştirak edib.

Qurum seçicilərdən və partiyalardan qanun pozuntuları ilə bağlı 70 şikayət aldığını bildirir.

“QOLOS” seçicilərin hüquqlarını müdafiə assosasiyası isə bəyan edir ki, pozuntular qat-qat çoxdur, artıq 1500-dən artıq şikayət qeydə alıblar.
Saratov vilayətində seçici fəallığı müşahidə olunur. Bunu müşahidəçilər və komissiya üzvləri deyirlər. Saat 12-də seçicilərin 21 faizi artıq səs veribmiş.

Amma AzadlıqRadiosunun rus xidmətinin əməkdaşı pozuntuların olduğunu da bildirir.

Məsələn, partiyalardan birinin yerli bölməsinin lideri gecə saat 4-də Hüquq Akademiyasından 14 avtobus tələbəylə Balaşov şəhərinə gedib. Burda tələbələrə vəsiqə verərək “Qazel” avtomobillərində səsvermə məntəqələrinə aparmaq istəyiblər.

Saratovda həmçinin 10-15 bülletenin birdən qutuya atılması faktı da qeydə alınıb.

Seçki günü çəkilmiş bəzi şəkillər.



BƏZİ JURNALİSTLƏR SEÇKİ MƏNTƏQƏSİNƏ BURAXILMAYIBLAR

Müşahidəçilərsə şikayətlənirlər ki, onları seçki qutusunu görmək mümkün olmayan yerdə oturdurlar. Foto və video çəkilişi aparmağa qoymurlar.

***
Regional seçki komissiyasının məlumatına görə, Ulyanovsk vilayətində saat 12-də seçicilərin artıq 19 faizi səs verib.

Yerli qanunverici orqanın deputatı Aleksandr Kruqlikov isə deyir ki, qanun pozuntusunun şahidi olub. Onun sözlərinə görə, 3 avtobus seçicinin Jeleznodorojnı rayonundan Zavoljsk rayonuna, yəni 25 km aralıya aparılmasını öz gözü ilə görüb. Avtobusların nömrə nişanı qeyd olunub. Avtobuslarda dövlət müəssisəsinin əməkdaşları da olublar. Müəssisənin başçısı Ulyanovsk şəhər dumasının deputatı Valeriy Bezrukovdur.
Bundan başqa, tipik seçki pozuntuları da qeyd olunur. Məsələn, məntəqə seçki komissiyalarının sədrləri müşahidəçilərə vəsiqə verməkdən imtina edirlər.

Başqa tipik pozuntu seçici siyahılarının yoxlanmaması, ölmüş insanların səsvermədə “iştirakıdır”.

***
Moskva polisi Qırmızı Meydan rayonunda 10-dan artıq adamı saxlayıb. Onlar icazəsi aksiya keçirmək istəyiblər. Məlumatı AzadlıqRadiosunun rus xidməti verir.
Saxlananlar arasında “Levıy Front” hərəkatının lideri Sergey Udaltsovun həyat yoldaşı da var. Bir qədər əvvəlsə paytaxtın başqa bölgəsində onun əri saxlanıb.
Manej Meydanını hüquq-mühafizə orqanları əhatəyə alıblar. Eləcə də icazəsiz aksiya keçirilməsi gözlənən Triumfal meydanında təhlükəsizlik tədbirləri gücləndirilib.
Müxalifətçi fəallar Dövlət Dumasına keçirilən seçkiləri qanunsuz sayırlar. Bəzi partiyalar seçki qeydiyyatından keçirilməyiblər.
***
Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə yerli vaxtla saat 13-dək təxminən 25.5 faiz seçici iştirak edib.

Bu barədə Mərkəzi Seçki Komissiyası xəbər verir.

450 yerlik Duma uğrunda ölkədə qeydiyyatdan keçmiş bütün 7 partiyanın namizədləri mübarizə aparırlar.

Daxili İşlər Nazirliyi ötən gün seçki qanununun pozulmasıyla bağlı 3 cinayət işi qaldırıldığını xəbər verir.

AzadlıqRadiosunun müxbiri, agentliklər və seçkidə mübarizə aparan partiyaların nümayəndələri bir sıra regionlarda pozuntulara yol verildiyini deyirlər.

AzadlıqRadiosunun Moskva müxbiri heç bir izah olmadan Mərkəzi Seçki Komissiyasının informasiya mərkəzinə buraxılmayıb, akreditasiyadan məhrum edilib.

Bundan başqa “Exo Moskvı” və “ Kommersant” qəzeti də daxil olmaqla bir sıra iri saytlar hacker hücumuyla bloklanıb.
XS
SM
MD
LG