Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:51

Rusiya şirkəti Ermənistandakı atom elektrik stansiyasını idarə etmək istəmir


Metsamor AES
Metsamor AES
“Rusiyanın "İnter RAO AES" dövlət şirkəti Ermənistandakı Atom Elektrik Stansiyasını idarə etdiyi şərtlərdən narazıdır və mövcud müqavilənin fəaliyyətini vaxtından əvvəl dayandırmaq niyyətindədir”. - Bunu Rusiyanın "Kommersant" qəzeti yazır.

Qəzet yazır ki, Rusiya şirkəti Ermənistan hökuməti ilə danışıb, şərtlərin dəyişdirilməsini istəyir. Bu alınmasa, idarəçiliyi başqa şirkətə vermək niyyətindədir.
Burda yeganə namizəd isə Rusiyanın “Rosatom” şirkətidir.

“Kommersant” yazır: "Sovet tikintisi olan Metsamor atom stansiyasını Ermənistandakı kimi milli operatorun deyil, kənar şirkətin idarə etməsi ilə bağlı nümunələr çox azdır. Yəni, mahiyyət etibarilə "İnter RAO"nun yeganə alternativi "Rosatom" dövlət korporasiyasıdır."

Rusiyanın Dövlət Şirkəti olan “İnter RAO AES” müqavilədən vaxtından qabaq imtina edilməsi xəbərlərini təsdiqləyib. Ancaq bildirilir ki, danışıqlar hələ başlanmayıb. Şirkətin sözçüsü N.Qorelov Azadlıq Radiosuna deyib: “bundan bir şey alınacaqmı, hələ demək tezdir”.

Rusiyanın “Rosatom” şirkətinin mətbuat katibi S.Novikov isə Azadlıq Radiosuna bildirib ki, “Əgər Ermənistan rəhbərliyi “Rosatoma” müraciət etsə, biz bu istiqamətdə işləyəcəıyik”.

“İnter RAO AES” Metsamor AES-i 2003-ci ildən idarə edir. Müqavilənin vaxtı 2013-cü ildə başa çatır.

"Metsamor" AES Ermənistanın mülkiyyətindədir. Bir enerqoblokdan ibarətdir.
400 MVt gücü olan blok 1980-ci ildə işə salınıb.
Blokun istismar vaxtı 2016-cı ildə bitir.
Metsamor AES Ermənistanın elektrik enerjisinin 40 faizini verir.
XS
SM
MD
LG