Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:45

Merkel:"Avropanın böhrandan çıxmasına azı 10 il lazımdır"


Maliyyə sistemini dirçəltmək və indiki borc böhranından çıxmaq üçün Avropaya azı 10 il vaxt lazımdır.

Bunu Almaniyanın kansleri Angela Merkel bildirib.

Merkelin şəxsi saytında gedən şərhdə deyilir ki, bunun üçün xeyli səy göstərmək, addım-adım irəliləmək lazımdır.

Böyük 20-lər ölkələrinin Fransanın Kan şəhərində keçirilən sammiti cümə günü başa çatıb.

Sammitdə əsasən Avropadakı borc böhranı müzakirə olunurdu.

Sammitdə Beynəlxalq Valyuta Fondunun kapitalının artırılması və fondun İtaliyada büdcə kəsirinin azaldılmasına nəzarət etməsilə bağlı qərar qəbul edilib.
XS
SM
MD
LG