Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:29

Həmsədrlərin fikrincə, tərəflər arasında inam artırılmalıdır


Oktyabrın 21-24-də ATƏT-in Minsk qrupunun həmsədrləri Bernard Fassier, Robert Bradtke və Igor Popov və səfir Andrzej Kasprzyk Yerevan, Dağlıq Qarabağ və Bakıdakı səfirləri ilə bağlı bəyanat yayıblar. Onlar səfərləri müddətində Azərbaycan və Ermənistan prezidentləri Əliyev və Sərkisyanla, o cümlədən, tanınmayan Dağlıq Qarabağ rejiminin rəhbərliyi ilə görüşüblər.

Bəyanatda deyilir ki, tərəflərin danışıqların inkişaf etdirilməsin, inamın artırılmasına, sülhə nail olmaq üçün atəşkəslə bağlı vəziyyəti tənzimləməyə ehtiyac var. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif sahələrdə etimadın möhkəmləndirilməsi üzrə tədbirlərə dair bir sıra təkliflər irəli sürüblər.

Bəyanatda bildirilir ki, tərəflər təmas xətti boyunca insidentlərin araşdırılmasına dair prezidentlər İlham Əliyev, Serj Sərkisyan və Dmitri Medvedyevin martda Soçidəki bəyanatında razılıq bildirdiyi və apreldə həmsədrlərin təklif etdiyi mexanizm layihəsi barədə prinsip etibarilə razılığa gəliblər.

Həmsədrlər həmçinin hər iki ölkənin dini rəhbərləri ilə ayrı-ayrılıqda görüşərək əhalini münaqişənin sülh, ədalətli və davamlı nizamlanmasına hazırlamağın zəruriliyini müzakirə ediblər.

Bəyanatda bildirilir ki, həmsədrlər noyabrın sonunda regiona növbəti dəfə səfər edəcəklər.
XS
SM
MD
LG