Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:37

Zəlzələ təkrarlana bilərmi?


Türkiyədə zəlzələdə yüzlərlə adam həyatını itirib
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00
Direct-ə keçid

Oktyabrın 23-də Türkiyədə Van gölü ətrafında baş vermiş 7.2 bal gücündə zəlzələdən yüzlərlə adam həlak olub, ciddi dağıntılar baş verib. Dağıntılar altında hələ daha çox adam qaldığından həlak olanların sayının artacağından narahatlıq var. AP agentliyinin

Türkiyənin Van vilayətində oktyabrın 23-də baş verən zəlzələ (Rixter cədvəli üzrə 7,3 bal) Naxçıvanda da hiss olunub. Sədərək rayon sakini Fəxri Qasımzadənin dediyinə görə, silkələnmə dağıntı törətməsə də camaatı təşvişə salıb:

«Həmin zəlzələ Sədərəkdə də hiss olunub. Mən həyətdə idim. Gördüm camaat –arvad-uşaq «zəlzələ» deyə qışqırışır. Elə özüm də silkələnməni hiss elədim. Düzdür, bizdə dağıntı olmadı, amma ağacları, evdə çilçırağı və digər şeyləri silkələdi».

«ELƏ BİLDİM BAŞIM GİCƏLLƏNİR»

Fəxri Qasımzadə deyir ki, zəlzələ zamanı yaşlı adamların çoxu ilk öncə qan təzyiqlərinin qalxdığını zənn ediblər. Amma hazırda camaat arasında elə bir narahatçılıq yoxdur.

AzadlıqRadiosunun müxbiri Yafəz Əkrəmoğlu isə yeraltı təkanları Naxçıvanın Kəngərli rayonunun Şahtaxtı kəndində hiss edib:

«Üç nəfər dayanmışdıq. Mən elə bildim başım gicəllənir, mənə nəsə olur. Yanımdakının qolundan yapışdım. Sonra gördüm ki, hamı «zəlzələ oldu»- deyə qışqıraraq evlərdən bayıra qaçır. Hamı təlaşla yaxınlarına zəng edib, bir şey olmadığını soruşur, zəlzələnin qayıda biləcəyini deyib evdən çölə çıxmağı tövsiyə edirdi».

Yafəz Əkrəmoğlu deyir ki, hazırda camaat zəlzələnin yenidən baş verə biləcəyindən ehtiyatlanır.

ENERJİ DAVAMLI AYRILIR

Azərbaycan MEA- nın müxbir üzvü, Geologiya institutunun geodinamika və seysmologiya şöbəsinin rəhbəri Fəxrəddin Qədirovun sözlərinə görə, Van vilayəti Naxçıvana yaxın olduğu üçün orada baş verən zəlzələnin muxtar respublikada hiss edilməsi təbii haldır. Amma onun Naxçıvana təsir edəcəyi inandırıcı deyil.

Arxiv foto
Arxiv foto
Fəxrəddin Qədirov deyir ki, Türkiyənin zəlzələ baş verən regionunda davamlı olaraq enerji toplandığı tədqiqatlardan da bəlli idi. Artıq həmin enerjinin çox hissəsi bu zəlzələ ilə ayrılmış oldu. İndi də çoxlu sayda təkanlar müşahidə olunur ki, bu da enerjinin davamlı ayrılması baxımından arxayınçılıq yaradır:

NAXÇIVANDA CİDDİ ZƏLZƏLƏ OLMAYIB

«Bu tənzimləmə prosesi bir- iki ay da davam edə bilər. Amma bu enerji ayrılması bir növ sakitləşdiriçi amildir ki, proses sönməyə doğru gedir. Yəni əgər bu təkanlar sönməyə doğru gedirsə, onun Azərbaycan ərazisinə təsiri də ağlabatan deyil».

Fəxrəddin Qədirovun dediyinə görə, Naxçıvan ümumiyyətlə ciddi zəlzələlərin baş verdiyi bölgə sayılmır. Çünki, tarixən Azərbaycan ərazilərində baş verən dağıdıcı zəlzələlərlə bağlı qeydlərdə Naxçıvanın adına rast gəlinmir.

Onu da deyim ki, qonşu ölkədəki zəlzələnin Naxçıvanda hiss olunması Azərbaycanda tikilən binaların yeraltı təkanlara dözümlülüyü məsələsini də yenidən aktuallaşdırıb.

ZƏLZƏLƏ VƏ YENİ TİKİLİLƏR

Nüsrət İbrahimov
Nüsrət İbrahimov
Daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov deyir ki, Azərbaycanda tikilən binaları müvafiq qurumlar yoxlayıb rəsmi qaydada qəbul edirlər. Amma bu binaların nə dərəcədə dözümlü olduğunu binalar hətta qəbul aktı alandan sonra da demək bir qədər çətindir:

«Məsələn, bu binaların kərpiclə hörülən xarici divarları məftil və ya digər vasitələrlə əsas hissəyə bərkidilmir. Əgər elə bir zəlzələ baş versə, o binaların monolit hissəsi dayansa da kərpicdən bir qat hörülən həmin xarici divarların uçma ehtimalı böyükdür. Bundan başqa həftələrlə, bəzən aylarla qalıb paslanmış armaturu götürüb tikintidə istifadə edirlər. Ancaq normativə görə həmin armatur pasdan təmizlənməlidir. Çünki paslı armaturu beton tutmur. Digər tərəfdən çınqıl, qum və digər bu kimi tikinti materialları istifadədən əvvəl yuyulmalıdır ki, onların tərkibindəki duzluluq ən azı minimuma ensin. Ancaq bu materiallar bir çox hallarda xam şəkildə-yəni necə yığılır, elə də istifadə olunur».

Nüsrət İbrahimovun sözlərinə görə, əvvəllər Azərbaycanda binalar layihələndiriləndə onların zəlzələyə dözümlülüyü 8 bala hesablanırdı. Sonradan bu göstərici 9 bal həddində müəyyənləşdirilib. Amma tikinti normalarında nəzərdə tutulmuş standartların bir çox hallarda pozulması təbii ki, binanın daha aşağı bal gücündə zəlzələyə dözmə ehtimalını da azaltmış olur.
XS
SM
MD
LG