Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:33

MDB ölkələri azad ticarət zonası yaradır


MDB baş nazirlərinin toplantısına Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Ukrayna hökumət başçıları qatılıb
MDB baş nazirlərinin toplantısına Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Ukrayna hökumət başçıları qatılıb
İllərcə uğursuz danışıqlardan sonra MDB ölkələrinin azad ticarət zonası yaratmaq təşəbbüsü baş tutub. Oktyabrın 18-də Rusiyanın baş naziri Vladimir Putin Sankt-Peterburqda jurnalistlərə müsahibə verib:

- Nümayəndə heyətləri rəhbərlərinin bu gün uzun müzakirələri olub və bir o qədər də gözlənilməyən nəticə əldə olunub. Biz azad ticarətlə bağlı razılaşmanı müzakirə elədik, müəyyən redaktələrimiz oldu və nəhayət sonuncu mətni qəbul etdik.

Putin MDB baş nazirlərinin mütəmadi keçirilən toplantısında iştirak edib. Görüşə Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Ukrayna hökumət başçıları qatılıb.

Digər MDB üzvləri Azərbaycan və Özbəkistan, müşahidəçi statusu olan Türkmənistan bir neçə həftə vaxt istəyib ki, azad ticarətlə bağlı razılaşmanı nəzərdən keçirsinlər.

REGİON ÜÇÜN APARICI ADDIM

Putin bu razılaşmanı regionun iqtisadi inkişafı üçün aparıcı addım kimi dəyərləndirib:

- Biz bazarlarımızı bir-birimizin üzünə açırıq. Bu o deməkdir ki, malları aşağı qiymətə ala biləcəyik, öz növbəsində yeni birgə müəssisələrin yaradılmasını daha yaxşı şərtlərlə təmin edəcək. Bütün bunlar əlbəttə ki, bizim iqtisadiyyatımızın rəqabətini artıracaq.

Rəsmilərin görüşü
Rəsmilərin görüşü
Razılaşmaya əsasən idxal və ixrac bir çox mallarda rüsum haqqını aradan qaldırır, baxmayaraq ki, Putin deyib, hələ istisnalar dəqiq müəyyənləşməyib. Hökumət liderləri ümid edirlər ki, müqavilə gələn ilin yanvarında qüvvəyə minəcək.
MDB rəhbərləri azad ticarət zonasının yaradılması haqqında ilk dəfə 1994-cü ildə protokol imzalayıblar. Amma 2000-ci ildən bəri son müqaviləni imzalamaq barədə yalnız vədlər eşidilib. Məsələn, 2003-cü ilin mayında Ukraynanın keçmiş lideri Leonid Kuçma deyib, o ümid edir ki, sentyabrda bu müqavilə imzalanacaq.

Putin onu da vurğulayıb ki, bu müqavilə heç də Dünya Ticarət Təşkilatı qarşısında götürülən öhdəçiliklərə mane olmur. Rusiya özü də yaxın gələcəkdə bu quruma üzv olmaq istəyir:

- Azad Ticarət Zonasının təşkili Dünya Ticarət Təşkilatının prinsip və normaları ilə toqquşmur. Üstəlik, bu gün müqaviləni imzalayanlar arasında bir neçə ölkə - Qırğızıstan, Ermənistan, Ukrayna və Moldova artıq Dünya Ticarət Təşkilatının üzvləridir.

BU MÜQAVİLƏ AB-nə İNTEQRASİYAYA MANE OLACAQMI?

Amma narahatçılıqlar var ki, bu müqavilə Ukrayna və Moldova kimi ölkələrin Avropa Birliyi ilə daha sıx əlaqə yaratmasına əngəl ola bilər. Ukrayna Avropa Birliyi ilə Dərin və Hərtərəfli Sərbəst Ticarət Zonası və Assosiasiya Razılaşması ilə bağlı danışıqların sonuncu mərhələsindədir. Hərçənd Ukraynanın keçmiş baş naziri Yulia Timoşenkonun həbsi bu danışıqların taleyini təhlükə altına alıb.

Putin 2012-ci ildə yenidən prezident postuna qayıtmaq niyyətini bəyan edəndən sonra MDB-nin inteqrasiyasından tez-tez danışmağa başlayıb. "İzvestiya" qəzetinin oktyabrın 4-də çap etdiyi məqalədə deyilir ki, Putin Avropa Biliyi formatında güclü bir qurumun formalaşmasını məsləhət görür. Putin deyib ki, belə birlik "böyük Avropanın" bir hissəsi olardı və "demokratiya və bazar qanunları" kimi dəyərləri bölüşərdi ki, üzvlərin Avropa Birliyinə inteqrasiyasını asanlaşdırsın.
XS
SM
MD
LG