Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:38

Liviyada Bani-Valid şəhərinə hücum davam edir


Liviyadakı müvəqqəti milli şuranın ordusu Bani-Valid şəhərinə hücumu davam etdirir.

Ordunun komandanı Omar Salemin yerli mətbuata verdiyi məlumata görə onun birləşmələri artıq şəhərin yaşayış məhəllələrinə daxil olublar, amma snayperlər irəliləməyə mane olurlar.

Bani-Valid və Sirt şəhəri Qaddafi tərəfdarlarının sonuncu müqavimət nöqtələridir.

Bu ərəfədə Bani-Valid şəhərində Qaddafinin tərəfdarlarıyla əlehdarları arasında baş vermiş toqquşmalarda azı 9 adam ölüb.

Həmçinin paytaxt Tripolidə baş vermiş eyni insidentdə 3 nəfər ölüb.

Müşahidəçilər bunu Tripoli ələ keçirildikdən sonra yeni hakimiyyətə qarşı təşkil olunmuş silahlı müqavimətin ilk əlaməti sayırlar.
XS
SM
MD
LG