Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:50

92 müəllimin diplomu saxta imiş


Foto: Arxiv
Foto: Arxiv
Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində çalışan müəllimlərin diplomlarını yoxlayır. Artıq 24 rayon üzrə araşdırmalar başa çatıb.

Bu haqda «APA»ya Təhsil Nazirliyindən bildiriblər.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin rayonların ümumtəhsil müəssisələrində çalışan pedaqoji işçilərdən 92-nin diplomu saxtadır.

Saxta diplomların 24-ü Bərdə, 12-si Quba, 7-si Cəlilabad, 7-si Beyləqanda aşkar edilib.

Məsələnin araşdırılması üçün Təhsil Nazirliyi Baş Prokurorluğa müraciət edib.
XS
SM
MD
LG