Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:40

Niqablı qadın Fransa prezidenti olmaq istəyir


Kenza Drider Fransa prezidenti olmaq istəyir
Kenza Drider Fransa prezidenti olmaq istəyir

Üzünü bağladığına cərimə olunan müsəlmanlar Avropa Məhkəməsinə üz tutacaq


Bu ilin aprelindən etibarən Fransada qadınların üzü və başı bağlı gəzməsini qadağan edən qanun qüvvəyə minib. Həmin vaxtda indiyə qədər 146 qadın bu qanunu pozduğuna görə saxlanılıb.

Artıq həmin xanımlardan ikisi – Hind Amas və Kenza Drider barəsində məhkəmə qərarı çıxarılıb və onlar barəsində 150 avro miqdarında cərimə cəzası təsdiqlənib.

Amma qadınlar cərimə ilə barışmadıqlarını deyiblər. Onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklərini bildiriblər.

PREZİDENT OLSAM, BU QANUNUN LƏĞVİNƏ ÇALIŞACAĞAM

Hələlik Drider və Amas Fransada apelyasiya məhkəməsinə üz tutacaqlarını, cərimə qərarı qüvvəsində qalacağı təqdirdə Strasburqa qədər gedəcəklərini bəyan ediblər.

Qadınlardan biri – Kenza Drider hətta Fransa prezidentliyinə namizədliyini irəli sürəcəyini bəyan edib. O, sosial, iqtisadi, dini və siyasi ayrıseçkiliyə məruz qalan qadınların hüquqlarını müdafiə edəcəyini bildirib.

“Mən prezident olacağım təqdirdə bizləri ev dustağı edən bu qanunun ləğvinə səs verəcəyəm”.

ÜZÜNÜ BAĞLAYAN QADIN- FRANSANIN ƏSAS PROBLEMİ DEYİL

32 yaşlı Kenza özü 13 il bundan əvvəl niqab taxmağa başlayıb. O, əvvəllər mini ətəklərdə gəzdiyini etiraf edib:

"Fransanın əsas problemi üzünü bağlayan qadın deyil. Əsas problemi - əsl qadın azadlığının olmamasıdır. Gəlin, mənim nə geyindiyimə diqqət verməyin, diqqəti problemlərə yönəldin”.

Fransa prezidenti Nikola Sarkozi isə niqabı “qadın həbsxanasına” bənzədir.
İndi Fransada uzun qara paltarda, üzünə maska taxıb gəzən qadınlara da rast gəlinir. Bəzi müsəlmanlar bu şəkildə qanundan yan keçməyə çalışırlar.

Niqab qadağası təkcə Fransada deyil, Belçika və İtaliyada da tətbiq edilir. Digər Avropa ölkələr də oxşar qanunu qəbuluna hazırlaşır.
XS
SM
MD
LG