Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:38

«Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında»


Azərbaycan Respublikası Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, «Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 164-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının «Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 164-IVQD nömrəli Qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.4. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra – Məcəllə) 7.2-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yeni əsasnaməsinin layihəsini Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi»nə uyğun hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.5. Məcəllənin 11.3-cü maddəsində nəzərdə tutulmuş gömrük orqanlarının bayrağının və embleminin təsvirlərinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.6. Məcəllənin 53.5-ci maddəsində nəzərdə tutulmuş gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirlərinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.7. Məcəllənin 8.0.27-ci maddəsində nəzərdə tutulmuş dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə gömrük məsələləri üzrə məlumatların verilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.8. Məcəllənin 21.3-cü və 22.2-ci maddələrində nəzərdə tutulmuş gömrük təmsilçiliyi, o cümlədən gömrük brokeri fəaliyyətini tənzimləyən qaydaları Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.9. Məcəllənin 22.5-ci maddəsində nəzərdə tutulmuş gömrük brokerlərinin dövlət reyestrinin aparılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.10. Məcəllənin 25.4-cü və 26-cı maddələrində nəzərdə tutulmuş gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi, fəaliyyətinin dayandırılması və ləğv edilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.11. Məcəllənin 92.6.1-ci maddəsində nəzərdə tutulmuş gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.12. Məcəllənin 102.4-cü və digər maddələrində nəzərdə tutulmuş ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsinin verilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.13. Məcəllənin 105.2-ci maddəsində nəzərdə tutulmuş gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsinə dair şərtləri və məhdudiyyətləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.14. Məcəllənin 111.2-ci maddəsində nəzərdə tutulmuş təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi informasiya məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.15. Məcəllənin 128.4-cü maddəsində nəzərdə tutulmuş malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.16. Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.17. Məcəllənin 163.5-ci maddəsində nəzərdə tutulmuş gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallar barəsində sərəncam verilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.18. Məcəllənin 164.4-cü maddəsində nəzərdə tutulmuş malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.19. Məcəllənin 165.6-cı maddəsində nəzərdə tutulmuş malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.20. Məcəllənin 175.4-cü maddəsində nəzərdə tutulmuş malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.21. Məcəllənin 176.1-ci maddəsində nəzərdə tutulmuş malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.22. Məcəllənin 192.4-cü maddəsində nəzərdə tutulmuş malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.23. Məcəllənin 195.2.4-cü maddəsində nəzərdə tutulmuş rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.24. Məcəllənin 195.3-cü maddəsində nəzərdə tutulmuş malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.25. Məcəllənin 197.5-ci maddəsində nəzərdə tutulmuş malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.26. Məcəllənin 200.5-ci maddəsində nəzərdə tutulmuş malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.27. Məcəllənin 299.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.28. Məcəllənin 331.1-ci maddəsində nəzərdə tutulmuş gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə hallarını və qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.29. Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş mallardan dövlətin xeyrinə imtina edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.2. beş ay müddətində:
1.2.1. Məcəllənin 31.4-cü maddəsində nəzərdə tutulmuş səlahiyyətli iqtisadi operator statusunun verilməsi, müvəqqəti dayandırılması və ləğv olunması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.2.2. Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş gömrük işində informasiya sistemlərindən, informasiya texnologiyalarından və onların təminat vasitələrindən istifadə qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.2.3. Məcəllənin 42.2-ci maddəsində nəzərdə tutulmuş gömrük orqanlarının elektron məlumat sistemindən istifadə qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.2.4. Məcəllənin 98.4-cü maddəsində nəzərdə tutulmuş gömrük auditinin həyata keçirilməsinin nəticələrinə dair aktın forması və tərtib edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.2.5. Məcəllənin 146.3-cü maddəsində nəzərdə tutulmuş gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsinin qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.2.6. Məcəllənin 217-ci maddəsində nəzərdə tutulmuş nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış malların götürüldüyü halları və bunun qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.2.7. Məcəllənin 222.5-ci və 223.4-cü maddələrində nəzərdə tutulmuş malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.2.8. Məcəllənin 258.3-cü maddəsində nəzərdə tutulmuş təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.2.9. Məcəllənin 266.1-ci və 267.2-ci maddələrində nəzərdə tutulmuş gömrük ödənişlərinin qaytarılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.2.10. Məcəllənin 283.3-cü maddəsində nəzərdə tutulmuş tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.2.11. Məcəllənin 322.15-ci maddəsində nəzərdə tutulmuş gömrük ekspertizasının aparılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.2.12. Məcəllənin 327.2-ci maddəsində nəzərdə tutulmuş gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.2.13. Məcəllənin 328.5-ci maddəsində nəzərdə tutulmuş dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.2.14. Məcəllənin 330.2-ci maddəsində nəzərdə tutulmuş dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.3. yeddi ay müddətində:
1.3.1. Məcəllənin 13.2-ci maddəsində nəzərdə tutulmuş gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması, çıxması və tranziti ilə bağlı əldə edilən məlumatların başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə mübadiləsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3.2. Məcəllənin 65.6-cı və 85.1-ci maddələrində nəzərdə tutulmuş gömrük nəzarətindən keçməli olan malların yoxlanılmasının sürətləndirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması və həyata keçirilmə müddətinin azaldılması məqsədi ilə gömrük orqanları tərəfindən istifadə olunan texniki vasitələrin siyahısını və onlardan istifadə qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3.3. Məcəllənin 140.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsində istifadə və istismar üçün ehtiyatlarla bağlı aşağıdakıları müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
1.3.3.1. gömrük ərazisindən kənar əraziyə yola düşməyə hazırlaşan nəqliyyat vasitəsinin heyət üzvlərinin, xidmətedici heyətinin, sərnişinlərinin istifadəsi və nəqliyyat vasitəsinin istismarı üçün ehtiyatlar hesab olunan malların nomenklaturasını, çeşidini və miqdarını;
1.3.3.2. qanunvericilikdə nəzərdə tutulmuş gömrük rüsumlarından və vergilərdən azadolma şərtlərini;
1.3.4. Məcəllənin 167.5-ci maddəsində nəzərdə tutulmuş malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsinin yerli istehsalçıların mühüm maraqlarına təsir göstərmə dərəcəsinin müəyyənləşdirilməsi üçün iqtisadi şəraitin təhlilinin aparılması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3.5. Məcəllənin 168.1-ci maddəsində nəzərdə tutulmuş icazə sahibi, prosedur sahibi, habelə sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alğı-satqısı ilə məşğul olan şəxslərin öz əməliyyatlarının uçotunu aparması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3.6. Məcəllənin 173.5-ci maddəsində nəzərdə tutulmuş xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadə qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3.7. Məcəllənin 180.3-cü və 181.5-ci maddələrində nəzərdə tutulmuş müvəqqəti saxlanc anbarlarının və gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair tələbləri müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3.8. Məcəllənin 187.2-ci maddəsində nəzərdə tutulmuş sərbəst zonaya gətirilən daxili malların, sərbəst zona daxilində emal əməliyyatlarına məruz qalmış daxili malların və sərbəst zona daxilində sərbəst dövriyyəyə buraxılmış malların gömrük orqanları tərəfindən daxili mallar gömrük statusunun təsdiq edilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3.9. Məcəllənin 196.1-ci maddəsində nəzərdə tutulmuş emal xüsusi gömrük proseduru üzrə yerinə yetirilən əməliyyatların hasilat normasının və ya orta hasilat normasının müəyyənləşdirilməsi qaydasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3.10. Məcəllənin 204.1-ci maddəsində nəzərdə tutulmuş idxal olunmuş malların kabotaj daşınması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3.11. Məcəllənin 205.1-ci maddəsində nəzərdə tutulmuş mallara gömrük təminatının vurulması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3.12. Məcəllənin 208.2-ci maddəsində nəzərdə tutulmuş təhlükəsiz ixrac sxemi çərçivəsində malların qablaşdırılması, yüklənməsi, daşınması və boşaldılması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3.13. Məcəllənin 242.5-ci maddəsində nəzərdə tutulmuş əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3.14. Məcəllənin 261.2-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3.15. Məcəllənin 279.2-ci maddəsində nəzərdə tutulmuş tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin aparılması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3.16. Məcəllənin 293.6-cı maddəsində nəzərdə tutulmuş gömrük sərhədindən boru kəməri vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3.17. Məcəllənin 295.5-ci maddəsində nəzərdə tutulmuş gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3.18. Məcəllənin 317.5-ci maddəsində nəzərdə tutulmuş xarici ticarətin gömrük statistikasının nəşr olunması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3.19. «Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 164-IVQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin;
1.4. beynəlxalq norma və prinsiplər, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla səkkiz ay müddətində «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının yeni qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi normativ xarakterli aktların «Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 164-IVQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı tədbirlər görsün.
3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin qaynar xətt nömrəsi vasitəsi ilə alınan məlumata uyğun olaraq hərəkət edən şəxsin həmin məlumata istinad etməsi üçün şəraitin yaradılması məqsədi ilə bu Fərmanın 1.1.7-ci yarımbəndində göstərilən qaydalarda qaynar xətt vasitəsi ilə verilən məlumatların texniki vasitələrin köməyi ilə yazılması, şəxsin həmin səs yazısının elektron daşıyıcıda surətini almaq hüququ və gömrük ödənişlərinin məbləğinə dair alınan məlumatların gömrük orqanları üçün məcburiliyi ilə bağlı məsələlər də nəzərdə tutulmalıdır. Şəxs qaynar xətt vasitəsi ilə ona bildirilən məbləğdən artıq gömrük ödənişlərinin ödənilməsinə məcbur edilə bilməz.
4. Məcəllənin 25.4-cü maddəsində nəzərdə tutulmuş məsələnin tənzimlənməsi məqsədi ilə bu Fərmanın 1.1.10-cu yarımbəndində göstərilən qaydalarda gömrük rəsmiləşdirilməsi üçün mütəxəssislərin qarşısında qoyulan tələblər də müəyyən olunmalıdır.
5. Məcəllənin 86.2-ci və 94.2-ci maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədi ilə bu Fərmanın 1.1.11-ci yarımbəndində göstərilən qaydalarda aşağıdakılar da əksini tapmalıdır:
5.1. gömrük nəzarəti üçün lazım olan sənədlərin və məlumatların siyahısı, həmçinin onların təqdim edilmə qaydaları;
5.2. gömrük orqanlarının dəniz (çay) və hava gəmilərindən istifadə olunmaqla gömrük nəzarətinin həyata keçirilməsi qaydaları.
6. Məcəllənin 128.3-cü maddəsində nəzərdə tutulmuş məsələnin tənzimlənməsi məqsədi ilə bu Fərmanın 1.1.15-ci yarımbəndində göstərilən qaydalarda sərbəst dövriyyəyə buraxılışından bir il ərzində gömrük ərazisindən təkrar ixrac olunan malların idxalı üçün ödənilmiş gömrük rüsumlarının və vergilərin qaytarılması şərtləri də müəyyən olunmalıdır.
7. Məcəllənin 130.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədi ilə bu Fərmanın 1.1.16-cı yarımbəndində göstərilən qaydalarda malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi şərtləri, onların bu prosedur altında qalma müddəti də müəyyən olunmalıdır.
8. Məcəllənin 165.3-cü maddəsində nəzərdə tutulmuş məsələnin tənzimlənməsi məqsədi ilə bu Fərmanın 1.1.19-cu yarımbəndində göstərilən qaydalarda malların gömrük ərazisinə qaytarılması onları aparmış şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən həyata keçirildiyi zaman gömrük orqanlarının malların təkrar idxalına icazə verdiyi hallar da müəyyən olunmalıdır.
9. Məcəllənin 119.1-ci və 174.4-cü maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədi ilə bu Fərmanın 1.1.20-ci yarımbəndində göstərilən qaydalarda aşağıdakılar da əksini tapmalıdır:
9.1. daxili malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilməsi halları və şərtləri;
9.2. göndərən gömrük orqanının müəyyən etdiyi marşrutla və müddətdə malların təyinat gömrük orqanına və ya onlarla razılaşdırılmış digər yerə çatdırılması qaydası.
10. Məcəllənin 176.4-cü, 182.0-cı və 183.3-cü maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədi ilə bu Fərmanın 1.1.21-ci yarımbəndində göstərilən qaydalarda aşağıdakılar da əksini tapmalıdır:
10.1. daxili malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildiyi hallar və şərtlər;
10.2. gömrük anbarında daxili malların saxlancına, malların daxildə emal və ya son istifadə xüsusi gömrük prosedurları altında yerləşdirilərək, həmin prosedurlar üçün müəyyən edilmiş şərtlərə uyğun olaraq emalına gömrük orqanları tərəfindən icazə verilməsi qaydası;
10.3. gömrük anbarında saxlanc müddəti başa çatmış malların və nəqliyyat vasitələrinin bu Məcəlləyə uyğun olaraq satışından əldə edilən məbləğin onların daşınması, saxlancı və satışı ilə bağlı xərclər və ödənilməli olan gömrük ödənişləri çıxıldıqdan sonra mal sahibinə verilməsi qaydası.
11. Məcəllənin 167.1-ci, 170-ci, 193.3-cü və 194.3-cü maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədi ilə bu Fərmanın 1.1.22-ci yarımbəndində göstərilən qaydalarda aşağıdakılar da əksini tapmalıdır:
11.1. malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə gömrük orqanı tərəfindən icazə verilməsi qaydası;
11.2. müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallarla əlaqədar prosedur sahibinin hüquqlarının və öhdəliklərinin həmin gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxslərə verilməsi qaydası;
11.3. malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətinin uzadılması qaydası;
11.4. müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi qaydası.
12. Məcəllənin 195.2.4-cü maddəsində nəzərdə tutulmuş məsələnin tənzimlənməsi məqsədi ilə bu Fərmanın 1.1.23-cü yarımbəndində göstərilən qaydalarda rüsumsuz ticarət mağazalarının yaradılacağı yerlərin siyahısı da müəyyən olunmalıdır.
13. Məcəllənin 167.1-ci və 170-ci maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədi ilə bu Fərmanın 1.1.24-cü yarımbəndində göstərilən qaydalarda aşağıdakılar da əksini tapmalıdır:
13.1. malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə gömrük orqanı tərəfindən icazə verilməsi qaydası;
13.2. son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallarla əlaqədar prosedur sahibinin hüquqlarının və öhdəliklərinin həmin gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxslərə verilməsi qaydası.
14. Məcəllənin 167.1-ci, 170-ci və 198.3-cü maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədi ilə bu Fərmanın 1.1.25-ci yarımbəndində göstərilən qaydalarda aşağıdakılar da əksini tapmalıdır:
14.1. malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə gömrük orqanı tərəfindən icazə verilməsi qaydası;
14.2. daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallarla əlaqədar prosedur sahibinin hüquqlarının və öhdəliklərinin həmin gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxslərə verilməsi qaydası;
14.3. daxildə emal xüsusi gömrük prosedurunun başa çatma müddətinin uzadılması qaydası.
15. Məcəllənin 167.1-ci, 170-ci, 200.1-ci, 200.3-cü, 200.4-cü və 203.1-ci maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədi ilə bu Fərmanın 1.1.26-cı yarımbəndində göstərilən qaydalarda aşağıdakılar da əksini tapmalıdır:
15.1. malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə gömrük orqanı tərəfindən icazə verilməsi qaydası;
15.2. xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallarla əlaqədar prosedur sahibinin hüquqlarının və öhdəliklərinin həmin gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxslərə verilməsi qaydası;
15.3. xaricdə emal xüsusi gömrük prosedurunun başa çatma müddətinin uzadılması qaydası;
15.4. gömrük ərazisindən kənarda həyata keçirilmiş emal əməliyyatlarına çəkilən xərclərin hesablanması qaydası;
15.5. təkrar idxal edilən malların idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad olunması qaydası;
15.6. qüsurlu malların ixrac edilməsindən əvvəl əvəzləyici məhsulların idxal edilməsinə icazə verilməsi qaydası.
16. Məcəllənin 224.4-cü, 300.5-ci, 305.3-cü və 306-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədi ilə bu Fərmanın 1.1.27-ci yarımbəndində göstərilən qaydalarda aşağıdakılar da əksini tapmalıdır:
16.1. fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar keçirilərkən gömrük ödənişlərinin alınmasının sadələşdirilmiş qaydası;
16.2. fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların siyahısı, onların bəyan olunması və gömrük rəsmiləşdirilməsi qaydası;
16.3. fiziki şəxslərin gömrük ərazisinə güzəştli qaydada müvəqqəti gətirdiyi bəzi kateqoriya mallar üçün gömrük ərazisində qalmanın son müddəti;
16.4. fiziki şəxslərə məxsus olan, yaxud istifadəsinə müvəqqəti verilmiş nəqliyyat vasitələrinin gömrük ərazisindən müvəqqəti aparılmasının və ya bu əraziyə müvəqqəti gətirilməsinin güzəştli və sadələşdirilmiş qaydası.
17. Məcəllənin 31.3-cü maddəsində nəzərdə tutulmuş məsələnin tənzimlənməsi məqsədi ilə bu Fərmanın 1.2.1-ci yarımbəndində göstərilən qaydalarda səlahiyyətli iqtisadi operatorun fəaliyyətini tənzimləyən tələblər də müəyyən olunmalıdır.
18. Məcəllənin 36.2-ci maddəsində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədi ilə bu Fərmanın 1.2.2-ci yarımbəndində göstərilən qaydalarda gömrük orqanlarının informasiya ehtiyatlarının formalaşdırılması, ondan istifadə və informasiyanın sənədləşdirilməsi qaydası da müəyyən olunmalıdır.
19. Məcəllənin 37.1-ci, 42.2-ci, 43-cü, 44.1-ci, 44.2-ci və 45.1-ci maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədi ilə bu Fərmanın 1.2.3-cü yarımbəndində göstərilən qaydalarda aşağıdakılar da əksini tapmalıdır:
19.1. gömrük orqanlarının elektron məlumat sistemində qeydiyyata alınan məlumatların məzmunu, onların təqdim olunma müddətləri, mühafizəsi məsələləri;
19.2. gömrük orqanları ilə dövlət orqanları, səlahiyyətli iqtisadi operatorlar, sahibkarlıq subyektləri, habelə gömrük orqanlarının özləri arasında elektron formada sənəd və məlumatların mübadiləsi qaydası;
19.3. şəxslərin gömrük orqanlarının elektron informasiya sisteminin istifadəçisi kimi təsdiq edilməsi qaydası, bunun üçün tələb olunan sənədlərin siyahısı;
19.4. gömrük orqanlarının elektron informasiya sisteminin istifadəçisi olmaq istəyən şəxsin bu barədə müraciətinin təmin edilməməsi üçün əsaslar;
19.5. istifadəçi, istifadəçilər qrupu və ya bütün istifadəçilər üçün müəyyən edilə bilən şərtlər.
20. Məcəllənin 1.0.1-ci, 1.0.11-ci, 113.1-ci, 113.3-cü, 116.1-ci, 125.6-cı, 129.1-ci, 129.2-ci, 131.1-ci, 131.5-ci, 135.1-ci, 135.3-cü, 140.2-ci, 141-ci, 150.3-cü, 151.1.4-cü, 152.2-ci, 153.2.3-cü, 154.4-cü, 155.1-ci, 155.4-cü, 156.3-cü, 156.4-cü və 156.5-ci maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədi ilə bu Fərmanın 1.2.5-ci yarımbəndində göstərilən qaydalarda aşağıdakılar da əksini tapmalıdır:
20.1. gömrük məqsədləri üçün lazım olan sənədlərin və məlumatların, o cümlədən malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün bəyannamə ilə birgə təqdim olunan sənədlərin siyahısı;
20.2. malların şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi qaydası;
20.3. gömrük məqsədləri üçün lazım olan sənədlərin və məlumatların, o cümlədən malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün bəyannamə ilə birgə təqdim olunan sənədlərin elektron formada verilməsi qaydası;
20.4. gömrük bəyannaməsinin, qısa idxal (ixrac) bəyannaməsinin, təkrar ixrac bildirişinin formaları;
20.5. əlavə, dövri və natamam bəyannamələrin formaları, təqdim olunması qaydaları;
20.6. malların və nəqliyyat vasitələrinin bəyan olunmasının sadələşdirilmiş qaydaları və sadələşdirilmiş bəyannamənin formaları;
20.7. qısa idxal (ixrac) bəyannaməsinin verildiyi hallar;
20.8. gömrük bəyannaməsi və ya təkrar ixrac bildirişinin tələb olunmadığı hallar;
20.9. qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydaları, onun təqdim edilməsinin mümkünlüyünün son müddəti;
20.10. gömrük bəyannaməsində düzəlişlər edilməsi, onun geri götürülməsi və ya ləğvi qaydası;
20.11. malların gömrük ərazisindən aparılmazdan və ya bu əraziyə gətirilməzdən əvvəl bəyan edilməsi qaydası;
20.12. gömrük ərazisinə daxil olması və ya bu ərazidən yola düşməsi nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs tərəfindən müvafiq məlumatların gömrük orqanlarına əvvəlcədən təqdim olunması qaydası;
20.13. gömrük ərazisinə yüksüz və şərnişinsiz daxil olan və ya bu ərazidən yüksüz və sərnişinsiz yola düşən nəqliyyat vasitələrinin bəyan edilməsi qaydası;
20.14. nəqliyyat vasitəsində istifadə və istismar üçün ehtiyatların bəyan edilməsi qaydası;
20.15. şəxslərin gömrük ərazisinə daxil olduqları andan etibarən dərhal bu barədə gömrük orqanlarının vəzifəli şəxslərinə məlumat verməsi qaydası.
21. Məcəllənin 237.3-cü, 246.1-ci, 250.7-ci, 250.9-cu, 262.2-ci və 280.4-cü maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədi ilə bu Fərmanın 1.2.8-ci yarımbəndində göstərilən qaydalarda aşağıdakılar da əksini tapmalıdır:
21.1. gömrük borcunun yarandığı yerin müəyyənləşdirilməsinin son müddəti;
21.2. gömrük borcunun ödənilməsinə möhlətin verildiyi hallar və bunun qaydası;
21.3. əhatəli təminatın təqdim olunmasına gömrük orqanları tərəfindən icazə verildiyi hallar və bunun qaydası;
21.4. təminatın verilməsinin məcburi və fakültativ (məcburi olmayan) halları;
21.5. gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün pul vəsaitlərinin gömrük orqanının depozit hesabına köçürülməsi və depozit hesabında olan pul vəsaitinin sahibinə qaytarılması qaydası;
21.6. malların pirat və ya kontrafakt olmadığı müəyyən edildiyi halda, buraxılışın dayandırılması nəticəsində bəyannaməçiyə, mal sahibinə, yaxud digər maraqlı şəxslərə vurulan zərərin, habelə gömrük orqanlarının xərclərinin ödənilməsinə dair öhdəliyin icrasının təmin edilməsi üçün təqdim olunan təminatın minimum və maksimum məbləğləri.
22. Məcəllənin 158.5-ci və 158.9-cu maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədi ilə bu Fərmanın 1.2.11-ci yarımbəndində göstərilən qaydalarda aşağıdakılar da əksini tapmalıdır:
22.1. mallardan prob və nümunələrin götürülməsi, onların barəsində sərəncam verilməsi qaydası;
22.2. gömrük ekspertizasının aparılma müddətləri;
22.3. gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında aktın forması.
23. Məcəllənin 330.1-ci maddəsində nəzərdə tutulmuş məsələnin tənzimlənməsi məqsədi ilə bu Fərmanın 1.2.14-cü yarımbəndində göstərilən qaydalarda tez xarab olan malların siyahısı da müəyyən olunmalıdır.
24. Məcəllənin 205.2-ci maddəsində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədi ilə bu Fərmanın 1.3.11-ci yarımbəndində göstərilən qaydalarda gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən malların yerləşdirildiyi bağlamalara gömrük təminatının vurulmasının, onun dəyişdirilməsinin, çıxarılmasının şərtləri və onlara müdaxilə oluna biləcəyi hallar da müəyyən olunmalıdır.
25. Məcəllənin 210.2-ci, 210.4-cü və 213-cü maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədi ilə bu Fərmanın 1.3.12-ci yarımbəndində göstərilən qaydalarda aşağıdakılar da əksini tapmalıdır:
25.1. təhlükəsiz ixrac sxemi çərçivəsində malların daşınması üsullarına, malların yüklənməsinin, boşaldılmasının və saxlanılmasının təhlükəsiz yerlərinə, malları daşıyan şəxslərə münasibətdə təhlükəsizliklə bağlı tələblər;
25.2. təhlükəsiz ixrac sxeminin təsdiqi və ya təsdiqdən imtina edildiyi hallar və bunun qaydası;
25.3. təhlükəsiz ixrac sxeminin təsdiqi barədə qərarın ləğv edilməsi halları;
25.4. təsdiq edilmiş təhlükəsiz ixrac sxeminin qüvvədə olma məsələsinə yenidən baxıldığı hallar.
26. Məcəllənin 279.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş məsələnin tənzimlənməsi məqsədi ilə bu Fərmanın 1.3.15-ci yarımbəndində göstərilən qaydalarda tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrində olan məlumatların gömrük orqanlarına və ərizəçilərə çatdırılması proseduru da müəyyən olunmalıdır.
27. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi:
27.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktları qüvvəyə mindiyi gün həmin məsələləri tənzimləyən öz normativ hüquqi aktlarını ləğv etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
27.2. gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksini təsdiq etsin;
27.3. «Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 164-IVQD nömrəli Qanununun həyata keçirilməsi üçün lazımi tədbirləri görsün.
27.4. Məcəllənin 8-ci maddəsində müəyyən edilən vəzifələrin icrası barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim etsin.
28. Müəyyən edilsin ki:
28.1. Məcəllənin 7.2-ci (ikinci halda), 11.3-cü, 13.1-ci, 14.2-ci (ikinci halda), 23.1-ci (ikinci halda), 24-cü, 29-cu maddələrində, 53.5-ci maddəsinin ikinci cümləsində (birinci halda), 80.1-ci, 184.1-ci, 184.2-ci və 185.3-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
28.2. Məcəllənin 82.5-ci maddəsinin birinci cümləsində, 301.2-ci və 304.4-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın və 224.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirirlər;
28.3. Məcəllənin 317.2-ci maddəsində «müvafiq icra hakimiyyəti orqanları» dedikdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi nəzərdə tutulur;
28.4. Məcəllənin 1.0.11-ci, 8.0.27-ci, 21.3-cü, 22.2-ci, 22.5-ci (ikinci halda), 25.4-cü, 26-cı, 31.3-cü, 31.4-cü, 33.1-ci, 36.2-ci, 37.1-ci, 42.2-ci, 43-cü, 44.1-ci (birinci halda) maddələrində, 86.2-ci, 92.6.1-ci, 94.2-ci maddələrində, 98.4-cü maddəsinin birinci cümləsində, 102.4-cü, 105.2-ci, 111.2-ci, 113.1-ci maddələrində, 113.3-cü maddəsinin ikinci cümləsində, 119.1-ci, 125.6-cı, 128.3-cü, 128.4-cü, 129.2-ci maddələrində, 130.2-ci maddəsinin birinci cümləsində, 131.1-ci, 131.5-ci, 135.1-ci, 135.3-cü, 140.2-ci, 141-ci, 146.3-cü, 150.3-cü, 151.1.4-cü, 152.2-ci, 153.2.3-cü, 154.4-cü, 155.1-ci, 155.4-cü, 156.3-cü maddələrində, 156.4-cü maddəsinin ikinci cümləsində, 156.5-ci maddəsində, 158.5-ci maddəsinin ikinci cümləsində, 158.9-cu, 163.5-ci, 164.4-cü, 165.6-cı, 167.1-ci, 170-ci, 174.4-cü, 175.4-cü maddələrində, 176.1-ci maddəsinin ikinci cümləsində, 176.4-cü, 182.0-cı, 183.3-cü maddələrində, 192.4-cü maddəsinin birinci cümləsində, 193.3-cü, 194.3-cü, 195.2.4-cü, 195.3-cü, 197.5-ci, 198.3-cü maddələrində, 200.1-ci maddəsinin ikinci cümləsində, 200.3-cü maddəsinin ikinci cümləsində, 200.4-cü maddəsinin üçüncü cümləsində, 200.5-ci maddəsində, 203.1-ci maddəsinin birinci cümləsində, 217-ci, 222.5-ci, 223.4-cü, 224.4-cü, 237.3-cü, 246.1-ci, 250.7-ci, 250.9-cu, 258.3-cü, 262.2-ci, 266.1-ci, 267.2-ci maddələrində, 280.4-cü maddəsinin ikinci cümləsində, 283.3-cü, 299.1-ci, 300.5-ci maddələrində, 305.3-cü maddəsinin ikinci cümləsində, 306-cı, 322.15-ci, 327.2-ci, 328.5-ci, 330.1-ci, 330.2-ci, 331.1-ci və 332.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;
28.5. Məcəllənin 1.0.52-ci, 13.2-ci, 27.2-ci, 53.5-ci maddəsinin ikinci cümləsində (ikinci halda), 58.1.2-ci, 64.3-cü maddələrində, 65.6-cı maddəsinin üçüncü cümləsində, 79.4-cü, 80.5-ci, 85.1-ci, 140.1-ci, 158.8-ci maddələrində, 167.5-ci maddəsinin ikinci cümləsində, 168.1-ci, 173.5-ci, 174.5-ci, 179.2-ci, 180.2-ci, 180.3-cü, 181.5-ci maddələrində, 183.1-ci maddəsinin ikinci cümləsində, 187.2-ci maddəsində, 193.2-ci maddəsinin ikinci cümləsində, 196.1-ci, 204.1-ci, 205.1-ci maddələrində, 208.2-ci maddəsinin birinci cümləsində, 210.2-ci, 210.4-cü, 213-cü, 214.1.4-cü, 215.1-ci, 224.3-cü maddələrində, 225.2-ci maddəsinin birinci cümləsində, 225.3-cü, 231.2-ci, 232.1-ci, 233-cü, 242.5-ci maddələrində, 261.2-ci maddəsinin ikinci cümləsində, 261.3-cü maddəsində, 279.2-ci maddəsinin birinci cümləsində, 293.6-cı maddəsində, 295.5-ci maddəsinin birinci cümləsində, 317.5-ci (ikinci halda), 319.5-ci, 322.10-cu maddələrində, 328.2-ci maddəsinin birinci cümləsində və 334.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
28.6. Məcəllənin 94.2-ci, 146.3-cü, 150.3-cü maddələrində və 225.2-ci maddəsinin ikinci cümləsində «müvafiq icra hakimiyyəti orqanları» dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur;
28.7. Məcəllənin 2.4-cü, 4.5-ci maddələrində, 5-ci maddəsinin adında, 5.1-ci, 5.2-ci, 5.3-cü, 7.1.1-ci, 7.2-ci (birinci halda), 7.3-cü (hər iki halda), 7.4-cü (hər iki halda) maddələrində, 10-cu maddəsinin adında, 10.1-ci, 10.2-ci, 10.3-cü, 14.2-ci (birinci halda), 22.5-ci (birinci halda), 23.1-ci (birinci halda), 25.1-ci, 28.1-ci, 31.2-ci, 31.5-ci, 36.4-cü, 41.7-ci, 41.8-ci, 42.1-ci, 44.1-ci (ikinci halda), 44.2-ci, 44.3-cü, 44.4-cü, 45.1-ci, 45.2-ci, 45.2.2-ci, 45.3-cü, 46.1-ci, 46.2-ci, 46.3-cü, 53.3-cü maddələrində, 53.5-ci maddəsinin ikinci cümləsində (üçüncü halda), 53.6-cı, 53.9-cu, 56.4-cü, 64.8-ci, 92.6.2-ci, 92.6.3-cü, 92.6.4-cü, 93.1-ci (hər iki halda), 93.2-ci maddələrində, 99.1-ci maddəsinin üçüncü cümləsində, 100.2-ci, 101.2-ci, 101.3-cü, 106.2-ci, 106.4-cü, 146.4-cü, 167.2-ci, 181.1-ci, 216.3-cü (hər iki halda), 231.1.5-ci maddələrində, 234-cü maddəsinin adında, 234.1-ci, 249.4-cü, 261.1-ci maddələrində, 261.2-ci maddəsinin birinci cümləsində, 261.4-cü, 279.1-ci, 280.1-ci, 280.6-cı maddələrində, 280.7-ci maddəsinin birinci cümləsində, 280.8-ci maddəsində, 280.9-cu maddəsinin birinci və ikinci cümlələrində, 281.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 317.4-cü, 317.5-ci (birinci halda), 318.2-ci, 320.0-cı, 328.4-cü və 334.1-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir;
28.8. Məcəllənin 84.3-cü maddəsində «müvafiq icra hakimiyyəti orqanları» dedikdə mərkəzi icra hakimiyyəti orqanları nəzərdə tutulur;
28.9. Məcəllənin 118.3.3-cü maddəsində «müvafiq icra hakimiyyəti orqanları» dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti nəzərdə tutulur;
28.10. Məcəllənin 244.4-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həyata keçirirlər;
28.11. Məcəllənin 289.3-cü və 291.1-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həyata keçirirlər;
28.12. Məcəllənin 320.0.3-cü və 320.0.7-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirirlər.
29. Bu Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edilən qaydalara dəyişikliklər yalnız Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra edilə bilər.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 sentyabr 2011-ci il.
XS
SM
MD
LG