Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 19:34

Elçin Namazov Vəkillər Kollegiyasından çıxarıldı


Elçin Namazov
Elçin Namazov
Sentyabrın 16-da Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyəti vəkil Elçin Namazovla bağlı Kollegiyanın İntizam Komissiyasının çıxardığı rəyə baxıb və Namazovun vəkillikdən uzaqlaşdırılması barədə qərar qəbul edib.

Həmin rəyə görə, Elçin Namazov Nəsimi rayon Məhkəməsində 2 aprel aksiyaçılarının işi üzrə avqustun 27-də keçirilən iclasda etik qaydaları pozub. Komissiya bu rəyi hakim Şahin Abdullayevin vəkilin cəzalandırılması üçün Vəkillər Kollegiyasına göndərdiyi qərar əsasında çıxarıb. Hakim qərarında göstərib ki, vəkil məhkəməyə hörmətsizlik edib, vəkillik etikasını pozub.

Hazırda VK-nın Rəyasət Heyəti digər vəkil Aslan İsmayılovla bağlı Kollegiyanın İntizam Komissiyasının çıxardığı rəyi müzakirə edir.

Aslan İsmayılov barəsində çıxarılmış həmin rəydə göstərilir ki, o, rəhbəri olduğu hüquq firması ilə müqavilə bağlamış müştəri ilə kobud davranıb.
XS
SM
MD
LG