Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 05:41

Əkbər Qoşalı. Şairlər yanar-qovuşar


Mətləb Ağaya ad etdim



Şairlər yanar-qovuşar:


yandı şam, yandı pərvanə...


Sübh ölər, axşam qayıdar,


şamlar, dörd yanı pərvanə.




Görərlər sevgi azalıb,


dönərlər, min söz dolaşıb,


Qiyamətə lap az qalıb,


düzdürmü yəni, pərvanə?




Olan oldu,


Keçən keçdi,


qara sevdalar gerçəkdi...


Yenə qanadı ilişdi,


yandırdı pər-va-nə-ni şam,


yandırdı şamı pərvanə...
XS
SM
MD
LG