Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:56

Azərbaycan İrana nota verdi


İran İslam Respublikasının Baş qərargah rəisi Həsən Firuzabadi
İran İslam Respublikasının Baş qərargah rəisi Həsən Firuzabadi
İranın Bakıdakı səfirliyi ölkəsinin Silahlı Qüvvələrinin baş qərargah rəisi Həsən Firuzabadinin Azərbaycanla bağlı hər hansı fikir söylədiyini təkzib edir. Səfirlik Azərbaycan Xarici İşlər Nazirliyinin bu ölkəyə etiraz notasından sonra məlumat yayıb ki, sözü gedən çıxışın Firuzabadiyə aidiyyəti yoxdur və yayılan xəbərlər KİV-nin anlaşılmazlığının nəticəsidir.

**
Avqustun 11-də İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona
etiraz notası təqdim edilib.

Azərbaycanın İrana etiraz notası verməsinin səbəbi bu ölkənin xəbər agentliklərinin 9 avqust tarixli sayında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin Azərbaycan rəhbərliyinin və xalqının ünvanına söylədiyi fikirlərlə bağlı olub.

Nazirliyin mətbuat xidmətindən Azadlıqradiosuna verilən məlumata görə, İranın səfirini qəbul edən xarici işlər nazirinin müavini Nadir Hüseynov ona Azərbaycan tərəfinin etiraz notasını təqdim edib.

Xarici İşlər Nazirliyinin Notasında İran rəsmisinin bu cür məsuliyyətsiz iftiralarına qəti etiraz bildirilir. Notada qeyd olunur ki, Azərbaycan xalqına, dövlətinə qarşı yönələn və ölkənin təhlükəsizliyinə zidd məlumatların yayılması iki ölkə arasında yaranmış dostluq və qarşılıqlı münasibətlərlə ziddiyyət təşkil edir.

Mehrnews saytında yayılmış məlumat
Xarici İşlər nazirliyi İran tərəfindən Azərbaycana qarşı qərəzli bəyanatların verilməsinin qarşısının alınması və bu kimi addımların bir daha təkrar olunmaması istiqamətində qısa müddətdə müvafiq tədbirlərin görülməsini və sözügedən məsələyə aydınlıq gətirilməsini tələb edib.

İran agentliklərinin məlumatına görə, İran İslam Respublikasının Baş qərargah rəisi Həsən Firuzabadi Azərbaycan prezidentini xalqın oyanışını yatırtmaqda ittiham edib. «İlham Əliyev mənim xəbərdarlığıma qulaq asmasa onu qorxulu tale gözləyir»-deyə bildirib
XS
SM
MD
LG