Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:38

Kamyunu “KQB” öldürüb?


İngilis qəzeti “Observer” dünya ədəbiyyatının ən məşhur imzalarından olan Albert Kamyunun ölümümndə keçmiş Sovet kəşfiyyat xidmətinin barmağı olub-olmadığını araşdırır.

“Yad” romanıyla dünya ədəbiyyatında ölümsüzlük qazanan yəhudi əsilli fransız yazıçısı Kamyu 1957-ci ildə Nobel Ədəbiyyat mükafatını qazanmış, 1960-cı ildə keçirdiyi yol qəzasında ölmüşdü. “Observer” məşhur yazarın 46 yaşında ölməsinin onu sevənləri arasında şok təsiri yaratdığını, dəfn mərasiminə o vaxtın məşhur anarxistlərindən tutmuş yerli futbol komandasının oyunçularına qədər, geniş bir spektrin iştirak etdiyini xatırladır.

İndiyə qədər yazıçının qəza nəticəsində ölməsinə kimsə şübhə eləmirdi. Amma “Observer” hadisə ilə bağlı yeni iddianı gündəmə gətirib.

“Observer” bildirir ki, Kamyunun ölümündə SSRİ-nin təhlükəsizlik qurumu “KQB”-nin barmağı ola bilər. Buna səbəb kimi isə, Kamyunun SSRİ-nin o vaxtkı bəzi siyasi addımlarını tənqid etməsidir.

Kamyu 1956-cı ildə Macarıstandakı qiyamı yatırmaq üçün sovet ordusunun bu ölkəyə yeridilməsini kəskin tənqid edən yazılar yazmışdı. Bundan əlavə, Kamyunun, Stalin dönəmində qadağan edilən Pasternakın “Doktor Jivaqo” romanının Nobel almasını dəstəkləməsi də SSRİ-ni bərk qəzəbləndirmişdi.

“Observer” Kamyunun ölümündə “KQB”-nin barmağının ola bilmə iddiasının Jan Zabrana adlı bir çex şairinin kitabına əsaslandığını bildirir. Kitabı italyan dilinə tərcümə edən alim və şair Giovanni Catelli, Zabrananın “Cely Zivot” adlı kitabından bəzi hissələrin çıxarıldığının fərqinə varır. Daha sonra çıxarılan bölümün axtarıb tapan mütərcim orada maraqlı iddia ilə qarşılaşır. İddiaya görə, SSRİ-nin o vaxtkı xarici işlər naziri Şepilovun tapşırığı ilə “KQB” əməliyyat keçirmiş və Kamyunun minəcəyi avtomobilin təkərlərinə xətər yetirilib, nəticədə faciəli qəza baş verib.

lakin bu iddiaya qarşı əks arqumentlər də var. Belə ki, ölərkən kamyunun cibindən qatar biletinin tapıldığı məlumdur. Yazıçı avtomobillə deyil, qatarla hərəkət etməyi planlamışdı. yalnız son anda naşirinin israrı ilə onun avtomobilinə oturur. Qəzada isə naşir də yazıçı ilə birlikdə həlak olur.

ANN.Az
XS
SM
MD
LG