Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:44

Suriya məsələsi BMT Təhlükəsizlik Şurasında


Suriyada etiraz aksiyaları davam edir
Suriyada etiraz aksiyaları davam edir
Beynəlxalq ictimaiyyətin Suriyada zorakılıqların qarşısını diplomatik yolla almağa çalışdığı bir dövrdə hökümət qüvvələrinin mərkəzi Hama şəhərində rejim əleyhidarlarına qarşı əməliyyatları artırdığı bildirilir. Bu günkü hərbi əməliyyatlar barədə xəbərlərin ardınca BMT Təhlükəsizlik Şurasında yenidən Suriyadakı böhranın müzakirə olunacağı açıqlanıb.

Bu gün Avropa Birliyi bir neçə suriyalı rəsmi, o cümlədən müdafiə naziri Ali Habibə Avropaya giriş qadağası qoyub, hesabları dondurulanların siyahısına əlavə edib.

İtaliya hökuməti isə Suriyadakı səfirini məsləhətləşmək üçün geri çağırıb, bunu Suriya rejiminin «dinc vətəndaşlara qarşı sərt repressiyası» ilə əlaqədar olduğunu bildirib.

Bunlara da nəzər salın
İtaliya Xarici işlər nazirliyi digər AB ölkələrini də adekvat addımı atmağa çağırıb.

Suriyanın hüquq müdafiə qruplarından birinin məlumatına görə, dünən Ramazan ayının ilk günündə azı 24 suriyalı öldürülüb. Onlardan 10-u mərkəzi Hama şəhərinin payına düşür.

İFATRDAN SONRA ZORAKILIQ

İftardan sonra toplaşan nümayişçiləri dağıtmaq üçün hökumət qüvvələrinin zordan istifadə etdiyi, 150-dən artıq adamın istintaqa çəkildiyi bildirilir.

Bundan bir gün əvvəl də zorakılıqlar davam edib, 140-a yaxın adam öldürülüb. Bu isə hökumət əleyhinə etirazların başladığı mart ayından bu yana ən çox itki verilən günlər hesab olunur.

Qonşu İraqa səfəri zamanı ABŞ qərərgah rəisləri birləşmiş komitəsinin sədri Mayk Mallen (Mike Mullen) Suriya rəhbərliyini zorakılığı dayandırmağa çağırıb:

Hama şəhərinin mərkəzi küçəsi

«SURİYALILAR İSLAHATÇI DÖVLƏT İSTƏYİR»

«Suriya xalqı fərqli və islahatçı dövlət və idarəçilik istəyir. Bir çox dünya dövlətləri prezident Bashar al-Assad və onun rəhbər komandasını həmin dəyişiklikləri etməyə çağırıb. Biz ümid edirik ki, zorakılıq dərhal dayandırılacaq və dəyişikliklər həyata keçiriləcək».

Mullen onu da qeyd edib ki, ABŞ-ın Suriyaya hərbi müdaxilə etmək planı yoxdur.

Dövlət katibi Hillary Clintonsa dünən «prezident Assadin Suriya xalqı qarşısında öz legitimliyini itirdiyini, demokratik keçid gerçəkləşdikcə Suriyanın daha yaxşı ərazi olacağını» deyib.

Dövlət Departamentinin sözçüsü Mark Toner də Suriya rejiminin Ramazan ərəfəsində zorakılıqdan istifadəsini pisləyib:

REJİMİN ACİZLİYİ

«Ramazan ərəfəsində dinc sakinləri hədəfə alan Suriya rejiminin zorakılıq cəhdləri acizlikdir».

Bu arada Britaniya hərbi müdaxiləni istisna etsə də, Ərəb dövlətlərindən, Türkiyədən tutmuş beynəlxalq ictimaiyyəti təzyiqləri artırmağa səsləyib.

Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlu
Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu Assad rejiminin zorakılığından sarsıldığını bildirib:

«Xüsusilə Hama və digər şəhərlərdə aparılan əməliyyatlar bizdə dərin bir xəyal qırıqlığı və narahatlıq yaradıb. Bu əməliyyatların həm zamanı, həm də üsulu son dərəcə yanlışdır. Biz bunları pisləyirik».

FİKİR AYRILIĞI

Bununla belə BMT Təhlükəsizlik Şurasının üzvləri arasında danışıqların haçalanacağı ilə bağlı narahlıqlar var. Belə ki, üzvlər indiyə kimi hətta Assadin siyasi opponentlərinə qarşı zorakılığını pisləyən bəyanatla bağlı razılaşa bilməyiblər.

Britaniya, Fransa, Almaniya, Portuqaliya və ABŞ neçə həftədir zorakılığın pislənməsinə çalışır. Lakin NATO-nun Liviyanı bombalamasından narazı olan Rusiya, Çin, Cənubi Afrika, Hindistan və Braziliya Suriya rejimini pisləyən bəyanata belə razılıq verməyiblər. Şuranın daimi üzvləri Rusiya və Çin Assad rejiminə qarşı istənilən qətnamə təklifinə veto qoyacaqlarını da deyiblər.

HƏMÇİNİN OXU:

Suriyada zorakılıq qorxutmur, ruhlandırır
Bəşər Əsəd devriləcəkmi?
Hakimiyyətdə qalmağın Suriya modeli
Suriya kəşfiyyatının 6 səhifəlik planı
XS
SM
MD
LG